• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan-İtaliya hərbi əməkdaşlığı yeni inkişaf mərhələsinə yüksəlib

12-01-2023, 19:00 | Baxılıb: 242
“Azərbaycan-İtaliya hərbi əməkdaşlığı yeni inkişaf mərhələsinə yüksəlib

Yanvarın 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının müdafiə naziri Quido Krosettonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Diaspor info-ya bildirilib ki, əvvəlcə Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi olub, hər iki ölkənin müdafiə nazirləri fəxri qarovulun önündən keçib. Azərbaycan və İtaliyanın Dövlət himnləri səsləndirilib.

Q.Krosetto protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb.

Sonra general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnunluğunu bildirib.

Müdafiə naziri nümayəndə heyətini Vətən müharibəsindən sonra bölgədə yaranan hərbi-siyasi vəziyyət barədə məlumatlandırıb.

Azərbaycan və İtaliya arasında hərbi təhsil sahəsində, eləcə də NATO çərçivəsində əməkdaşlığın sürətlə davam etdiyi və bu münasibətlərin yüksək qiymətləndirildiyi vurğulanıb.

General-polkovnik Z.Həsənov bu səfərin Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlıq sahəsində yeni inkişaf mərhələsinin başlanğıcı olduğunu qeyd edib.

Q.Krosetto isə öz növbəsində göstərilən qonaqpərvərliyə görə təşəkkür edərək hər iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib.

Ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin inkişaf etdirilməsində qarşılıqlı səfərlərin əhəmiyyəti xüsusi vurğulanıb.

Görüşdə Azərbaycan və İtaliya respublikaları arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Sonda hər iki ölkənin müdafiə nazirləri təlim və təhsil sahəsində əməkdaşlıq haqqında niyyət protokolunu imzalayıblar.скачать dle 10.6фильмы бесплатно


242

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb
DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb
Ersin Tatar Azərbaycana səfər edəcək
Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Azərbaycana səfərə gələcək

"Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi açılıb

Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib

Azərbaycan XİN-də yeni idarə yaradılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.