• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Doktorantların və magistrantların təqaüdü artırılıb - SƏRƏNCAM

13-01-2023, 15:00 | Baxılıb: 292
“Doktorantların və magistrantların təqaüdü artırılıb - SƏRƏNCAM

Prezident İlham Əliyev yanvarın 13-də "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması və “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" Sərəncam imzalayıb.

Diaspor info-nun məlumatına görə, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 yanvar tarixli 3708 nömrəli Sərəncamının 2.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri 2023-cü il yanvarın 1-dən aşağıdakı kimi müəyyən edilsin:

1.1. Doktorantura pilləsi üzrə:

1.1.1. elmlər doktoru hazırlığı üzrə doktorantlara – 400 (dörd yüz) manat;

1.1.2. fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 240 (iki yüz qırx) manat.

1.2. Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:

1.2.1. magistratura səviyyəsi üzrə:

1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 195 (yüz doxsan beş) manat;

2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 (yüz altmış) manat;

3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 (yüz on) manat;

1.2.2. bakalavriat səviyyəsi üzrə:

1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 175 (yüz yetmiş beş) manat;

2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 145 (yüz qırx beş) manat;

3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 100 ( bir yüz) manat.

1.3. Orta ixtisas təhsili müəssisələrində:

1.3.1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 100 (bir yüz) manat;

1.3.2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 80 (səksən) manat;

1.3.3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 66 (altmış altı) manat.

1.4. Peşə təhsili müəssisələrində:

1.4.1. akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələrə – 100 (bir yüz) manat;

1.4.2. akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələrə – 80 (səksən) manat;

1.4.3. akademik göstəriciləri “3”–“5” (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələrə – 66 (altmış altı) manat.

2. “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 291; 2021, № 11, maddə 1232, № 12, maddə 1470) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1-ci bəndin ikinci abzasında “360” rəqəmləri “400 (dörd yüz)” sözləri ilə, üçüncü abzasında “216” rəqəmləri “240 (iki yüz qırx)” sözləri ilə əvəz edilsin;

2.2. 1.2-ci bəndin dördüncü abzasında “174” rəqəmləri “195 (yüz doxsan beş)” sözləri ilə, beşinci abzasında “144” rəqəmləri “160 (yüz altmış)” sözləri ilə, altıncı abzasında “96” rəqəmləri “110 (yüz on)” sözləri ilə, səkkizinci abzasında “156” rəqəmləri “175 (yüz yetmiş beş)” sözləri ilə, doqquzuncu abzasında “132” rəqəmləri “145 (yüz qırx beş)” sözləri ilə, onuncu abzasında “90” rəqəmləri “100 (bir yüz)” sözləri ilə əvəz edilsin;

2.3. 1.3-cü bəndin ikinci abzasında “90” rəqəmləri “100 (bir yüz)” sözləri ilə, üçüncü abzasında “72” rəqəmləri “80 (səksən)” sözləri ilə, dördüncü abzasında “60” rəqəmləri “66 (altmış altı)” sözləri ilə əvəz edilsin;

2.4. 1.4-cü bəndin ikinci abzasında “90” rəqəmləri “100 (bir yüz)” sözləri ilə, üçüncü abzasında “72” rəqəmləri “80 (səksən)” sözləri ilə, dördüncü abzasında “60” rəqəmləri “66 (altmış altı)” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin".скачать dle 10.6фильмы бесплатно


292

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb
DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb
Ersin Tatar Azərbaycana səfər edəcək
Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Azərbaycana səfərə gələcək

"Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi açılıb

Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib

Azərbaycan XİN-də yeni idarə yaradılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.