• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

XİN ətraf mühitin məhv edilməsinə görə Azərbaycan tərəfindən Ermənistana qarşı başladılan arbitraj prosesinə dair məlumat yayıb

19-01-2023, 14:00 | Baxılıb: 24
“XİN ətraf mühitin məhv edilməsinə görə Azərbaycan tərəfindən Ermənistana qarşı başladılan arbitraj prosesinə dair məlumat yayıb

Xarici İşlər Nazirliyi Ətraf mühitin geniş miqyasda məhv edilməsinə görə Azərbaycan tərəfindən Ermənistana qarşı başladılan arbitraj prosesinə dair məlumat yayıb.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Diaspor info-nun məlumatı təqdim edir.

Yanvarın 18-dəAzərbaycan “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Bern Konvensiyasına uyğun olaraq indiyədək məlum olan ilk dövlətlərarası arbitraj prosesini başladıb. Bu tarixi arbitraj işi, təxminən otuz il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin qanunsuz işğalı dövründə Ermənistanı Azərbaycanın ətraf mühitinin və biomüxtəlifliyinin geniş miqyasda məhv edilməsinə görə məsuliyyətə cəlb etmək məqsədi daşıyır.

2020-ci ildə ərazilərini işğaldan azad edən Azərbaycan, Ermənistanın qanunsuz işğalı dövründə ətraf mühitin məhv edilməsi ilə bağlı bütün dəlilləri toplayıb. Bu əməllər bölgədəki təbii yaşayış mühitinə və növlərinə ciddi ziyan vurmaqla, təbii ehtiyatların tükənməsinə və biomüxtəlifliyin məhv olmasına səbəb olub.

Ermənistan tərəfindən meşələrin kütləvi şəkildə qırılması, ağacların kəsilməsi və işğaldan öncə təbiət qoruqları olan ərazilərdə qanunsuz tikinti və mədənçilik fəaliyyətinin aparılması ilə ərazilərin çirklənməsi Azərbaycanda 500-dən çox vəhşi təbiət növünü təhlükə altında qoyub.

2022-ci ildə BMT-nin Ətraf Mühit Proqramı (UNEP) Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində “xüsusi mühafizə olunan və qiymətli meşələr”in qorunmadığını qeyd edib. Laçında yerləşən Dəmirli-1 mədəninin, Qalaça su elektrik stansiyasının və Çardağlı mədəninin tikilməsi üçün yaşayış yerlərinin məhv edilməsi də daxil olmaqla, meşələrin qırılmasının ifrat dərəcəsini göstərən əyani dəlillər mövcuddur.

Ermənistanın bu addımları çayların, o cümlədən Ermənistandan Azərbaycan ərazisinə axan transsərhəd çayların həddindən artıq çirklənmə səviyyəsinə gəlib çıxmasına da səbəb olub.

2022-ci ildə UNEP, həmçinin Ermənistanın bölgədəki mədən sənayesinin inkişafının çayətrafı yaşayış yerlərində “suyun, torpağın, flora və faunanın kimyəvi çirklənməsinə” səbəb olduğunu, Oxçuçay çayında yüzlərlə balığın ölü tapıldığını, bir neçə qorunan balıq və amfibiya növünün təhlükə altında olduğunu qeyd edib.

Azərbaycan tərəfindən qaldırılan dövlətlərarası iddiada bildirilir ki, digər öhdəliklərlə yanaşı, Ermənistan bütün vəhşi flora və faunanın populyasiyalarını qorumaqla bağlı Bern Konvensiyasından irəli gələn hüquqi öhdəliklərini, xüsusilə də, vəhşi flora və fauna mühitinin qorunub saxlanılmasını, bərpasını və təkmilləşdirilməsini təmin etmək üzrə öhdəliyini kobud surətdə pozub.

Birləşmiş Millətlər Təşkilatının Ekosistemlərin Bərpası Onilliyinə uyğun olaraq, Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistanın dünyanın ən zəngin və bioloji müxtəlif ekosistemlərindən birini işğal dövrü ərzində məhv etməsini pisləməyə çağırır.

Arbitraj prosesi çərçivəsində Azərbaycan Ermənistandan Bern Konvensiyasının hazırda davam edən bütün pozuntularına son qoymağı və işğal altında olmuş ərazilərdə ətraf mühitin məhvinə görə Azərbaycana tam kompensasiya ödəməyi tələb edir.скачать dle 10.6фильмы бесплатно


24

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Məktəblərdə ikinci yarımil başlayıb
Milli Məclisin yaz sessiyasının ilk plenar iclası başlayıb
Azərbaycan və İsrail müdafiə nazirlərinin telefon danışığı olub, hərbi-texniki əməkdaşlıq müzakirə edilib
DİN-in İranın casus şəbəkəsinə qarşı əməliyyatı: 39 nəfər saxlanılıb
Türkiyə XİN: "Rusiya ilə təmaslar davam eləməsə, sülh əldə etmək mümkün olmayacaq"
GEYK təşkilatı Ermənistanın ətraf mühitə vurduğu zərər barədə açıqlama yayıb

Məktəblərdə ikinci yarımil başlayıb

Milli Məclisin yaz sessiyasının ilk plenar iclası başlayıb

Azərbaycan və İsrail müdafiə nazirlərinin telefon danışığı olub, hərbi-texniki əməkdaşlıq müzakirə edilib

DİN-in İranın casus şəbəkəsinə qarşı əməliyyatı: 39 nəfər saxlanılıb

Türkiyə XİN: "Rusiya ilə təmaslar davam eləməsə, sülh əldə etmək mümkün olmayacaq"

GEYK təşkilatı Ermənistanın ətraf mühitə vurduğu zərər barədə açıqlama yayıb

Azərbaycanın İrandakı səfirliyinə qarşı hücum Ukrayna KİV-lərinin diqqət mərkəzindədir

ŞƏHİD FƏQAN MƏMMƏDOV ÖLÜMÜN ÜZÜNƏ DİK BAXAN VƏ ŞANLI TARİX YAZAN QƏHRƏMANLARDANDIR.-FOTO-VİDEOLAR.

Türkiyə Prezidenti YAP Gənclər Birliyinin nümayəndə heyətini qəbul edib

Çavuşoğlu: “Azərbaycan və Macarıstan arasında enerji sahəsində əməkdaşlıq razılaşması əldə olunması çox yaxşı haldır”

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.