• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

“Qarabağın dağıdılmış məbədləri: Erməni vandalizminin ifşası” filmi yapon dilinə tərcümə ediləcək

24-01-2023, 10:30 | Baxılıb: 27
““Qarabağın dağıdılmış məbədləri: Erməni vandalizminin ifşası” filmi yapon dilinə tərcümə ediləcək

Yaponiyanın “Ajmedia News Portal” informasiya mediaresursu Azərbaycan Rus İcmasının sədrinin müavini, teleaparıcı Anastasiya Lavrina ilə müsahibə dərc edib. A.Lavrina bu müsahibədə ermənilərin Qarabağda və Şərqi Zəngəzurda törətdiyi vandalizm nəticəsində çoxsaylı məbədlərin və məscidlərin, mədəniyyət abidələrinin məhv edilməsi barədə ətraflı söhbət açıb.

Diaspor info xəbər verir ki, Anastasiya Lavrina bu yaxınlarda CBC telekanalında nümayiş etdirilmiş “Qarabağın dağıdılmış məbədləri: Erməni vandalizminin ifşası” filminə istinad edərək, ermənilərin Cənubi Qafqaza köçürülməsi mövzusuna da toxunub, vurğulayıb ki, bu köçürülmə sonradan Azərbaycan və Qafqaz Albaniyası irsinin məhv edilməsinə səbəb olub.

Azərbaycanın etnik rus vətəndaşı olmasını vurğulayan Lavrina qeyd edib ki, 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda savaşda bütün konfessiyaların nümayəndələrinin çiyin-çiyinə necə vuruşduqlarını özü görüb. O, çəkdiyi filmin məqsədi barədə sualın cavabında deyib: “Mən öz ölkəmdə mövcud olan unikal tolerantlıq modeli və multikulturalizmin yüksək səviyyəsi barədə bütün dünyaya söhbət açmaq istəyirəm. Rəşadətli Ordumuz Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında şanlı qələbə qazandı, indi isə informasiya müharibəsində qalib gəlmək lazımdır”.

Anastasiya Lavrinanın sözlərinə görə, bir mühüm yenilik də ondan ibarətdir ki, Yaponiyada fəaliyyət göstərən “Azərbaycan-Yaponiya Dostluq Mərkəzi” adlı diaspor təşkilatı bu filmi yapon dilinə tərcümə etməyi və Yaponiyada yaymağı təklif edib. A.Lavrina deyib: “Mənim birinci filmim bir neçə dilə tərcümə edilib və müxtəlif ölkələrdə təqdim olunub. Bu, Azərbaycan haqqında həqiqətin Asiya ölkələrinin sakinlərinə çatdırılması prosesində çox maraqlı və mühüm hadisədir. Bu məsələ üzərində ciddi işləyəcəyik”.

Telejurnalist Yaponiya mediası ilə əməkdaşlıq haqqında sualın cavabında Azərbaycanla Yaponiyanın münasibətlərinin ümumiyyətlə yaxşı olmasını qeyd edib. O deyib: “Xirosimanın dirçəldilməsi və sonrakı inkişafı, habelə bu şəhərin qlobal iqtisadiyyata inteqrasiyası sahəsində Yaponiyanın təcrübəsi Azərbaycan üçün çox faydalı olacaq. Çoxillik erməni işğalından azad edilmiş, “Qafqazın Xirosiması” adlanan Ağdam şəhəri də Xirosima kimi regionda davamlı sülhə nail olmaq istəyinin rəmzinə çevrilə bilər”.скачать dle 10.6фильмы бесплатно


27

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ərdoğan: "İsveçin NATO-ya üzvlüyünə icazə verməyəcəyik"
UNESCO Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib
Ombudsmanın Cənub Regional Mərkəzi tətəfindən "Sülh və inkişafın təmin edilməsində təhsilin rolu" mövzusunda maarifləndirici tədbir keçirilib
Məktəblərdə ikinci yarımil başlayıb
Milli Məclisin yaz sessiyasının ilk plenar iclası başlayıb
Azərbaycan və İsrail müdafiə nazirlərinin telefon danışığı olub, hərbi-texniki əməkdaşlıq müzakirə edilib

Ərdoğan: "İsveçin NATO-ya üzvlüyünə icazə verməyəcəyik"

UNESCO Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib

Ombudsmanın Cənub Regional Mərkəzi tətəfindən "Sülh və inkişafın təmin edilməsində təhsilin rolu" mövzusunda maarifləndirici tədbir keçirilib

Məktəblərdə ikinci yarımil başlayıb

Milli Məclisin yaz sessiyasının ilk plenar iclası başlayıb

Azərbaycan və İsrail müdafiə nazirlərinin telefon danışığı olub, hərbi-texniki əməkdaşlıq müzakirə edilib

DİN-in İranın casus şəbəkəsinə qarşı əməliyyatı: 39 nəfər saxlanılıb

Türkiyə XİN: "Rusiya ilə təmaslar davam eləməsə, sülh əldə etmək mümkün olmayacaq"

GEYK təşkilatı Ermənistanın ətraf mühitə vurduğu zərər barədə açıqlama yayıb

Azərbaycanın İrandakı səfirliyinə qarşı hücum Ukrayna KİV-lərinin diqqət mərkəzindədir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.