• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan ilə İƏT arasında əməkdaşlıq müzakirə olunub

26-01-2023, 15:00 | Baxılıb: 209
“Azərbaycan ilə İƏT arasında əməkdaşlıq müzakirə olunub

Yanvarın 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha ilə telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Diaspor info-ya bildiriblər ki, telefon danışığı zamanı Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq, təşkilatın gündəliyində duran aktual məsələlər və gələcək planlar müzakirə mövzusu olub.

Nazir Ceyhun Bayramov Azərbaycan ilə İƏT arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni, təhsil və digər istiqamətlərdə faydalı və səmərəli əməkdaşlığın mövcud olduğunu vurğulayıb. Baş katibin ölkəmizə səfəri zamanı və BMT Baş Assambleyası çərçivəsində keçirilmiş görüşlərdə aparılmış müzakirələr məmnuniyyətlə xatırlanıb.

Tərəflər ötən il ərzində keçirilən birgə tədbirlərin uğurlu təşkilinə istinad edərək, 2023-cü ildə də keçirilməsi nəzərdə tutulan tədbirlər, o cümlədən cari ilin mart ayında Mavritaniyada baş tutacaq İƏT Xarici İşlər Nazirləri Şurasının 49-cu Zirvə toplantısına hazırlıq işləri barədə fikir mübadiləsi aparıblar.

Beynəlxalq sülh və təhlükəsizliyə, o cümlədən mədəniyyətlərarası, dinlərarası dialoqa təhdid törədən İslamofobiya və terrorçuluq meylləri, yoxsulluq ilə mübarizədə İƏT üzv dövlətlərinin həmrəyliyinin, habelə birgə səylərinin əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı digər regional məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.скачать dle 10.6фильмы бесплатно


209

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Koreyanın ibtidai məktəbində Azərbaycan Günü təşkil olunub
Əlilliyi olan şəxslər üçün hüquqi maarifləndirmə tədbiri keçirilib
Elçin Əmirbəyov İrlandiya rəsmiləri ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
Daşkənddə Türk Dövlətləri Təşkilatının III Diaspor Gənclərinin Forumu keçirilib
Zəfər tariximizi yazan Rəşadətli Azərbaycan Ordusu
Türkiyə Prezidenti ilə Almaniya Federal Kansleri bölgədəki son hadisələri müzakirə ediblər

Koreyanın ibtidai məktəbində Azərbaycan Günü təşkil olunub

Əlilliyi olan şəxslər üçün hüquqi maarifləndirmə tədbiri keçirilib

Elçin Əmirbəyov İrlandiya rəsmiləri ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

Daşkənddə Türk Dövlətləri Təşkilatının III Diaspor Gənclərinin Forumu keçirilib

Zəfər tariximizi yazan Rəşadətli Azərbaycan Ordusu

Türkiyə Prezidenti ilə Almaniya Federal Kansleri bölgədəki son hadisələri müzakirə ediblər

Prezident İlham Əliyev UFC-nin prezidentini qəbul edib

Bakının üç rayonuna prokuror təyin edilib

Prezident İlham Əliyev Azərbaycan ilə Çin arasında beynəlxalq multimodal daşımalar haqqında Sazişi təsdiqləyib

Azərbaycan ilə Küveyt kənd təsərrüfatı sahəsində əməkdaşlıq edəcək - FƏRMAN

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.