Bu gün Azərbaycan dövlətçiliyi tarixində xüsusi və bir o qədər də mühüm yer tutan Naxçıvan Muxtar Respublikasının yaradılmasının 99-cu ildönümü tamam olur.
Naxçıvanın muxtariyyət statusunun qazanmasında Moskva və Qars müqavilələrinin müstəsna əhəmiyyəti var. 1921-ci il martın 16-da imzalanan Moskva müqaviləsinə əsasən Naxçıvan vilayəti bu müqavilədə göstərilən sərhədlər daxilində Azərbaycanın himayəsi altında, həmin protektoratı Azərbaycanın heç bir üçüncü dövlətə güzəştə getməməsi şərti ilə muxtar ərazi kimi təşkil edildi. 1921-ci il oktyabrın 13-də isə Qarsda imzalanan müqavilə ilə Naxçıvanın ərazi mənsubiyyəti məsələsi bir daha təsdiqləndi və onun sərhədləri qəti surətdə müəyyənləşdirildi.
179