• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Türkiyə mediası: Qardaş Azərbaycandan yardımlar davam edir

11-02-2023, 12:00 | Baxılıb: 224
“Türkiyə mediası: Qardaş Azərbaycandan yardımlar davam edir

Türkiyə mediası Azərbaycan Prezidentinin və xalqının qardaş ölkədə baş verən təbii fəlakət bölgələrinə yardımlarına, göstərdiyi maddi-mənəvi dəstəyə dair informasiyalara geniş yer ayırmağa davam edir.

Diaspor info xəbər verir ki, nüfuzlu media qurumlarında yayılan informasiyalarda Prezident İlham Əliyevin məsələyə son dərəcə həssas münasibəti, maddi vəziyyətindən asılı olmayaraq, hər bir azərbaycanlının qardaş Türkiyəyə yardım göstərməsi barədə xəbərlər yenə də əsas yer tutur.

Anadolu agentliyinin ingilis versiyasında köhnə avtomobilinə yüklədiyi yardımla qardaş Türkiyəyə köməyə tələsən Sərvər Bəşirlinin müsahibəsi yer alıb. O, müsahibəsində bu yardımla qardaşlıq vəzifəsini yerinə yetirməyə çalışdığını, imkan daxilində yardımları yığaraq toplama mərkəzlərinə çatdırmağa davam etdiklərini vurğulayıb. “İndiyədək köməyimizi davam etdiririk. Bu gün yığım mərkəzinə ərzaq məhsulları çatdırmışıq”, - deyə o qeyd edib.

Agentlik eyni zamanda “Azərbaycan Türkiyəyə 1000-dən çox çadır göndərib” sərlövhəli xəbər yayımlayıb. Yazıda Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatlarına istinad olunmaqla, Türkiyəyə göstərilən yardımlardan danışılır.

“Star.com” saytında “Nazir Soylu ilə azərbaycanlı komandir arasında təsirli dialoq” başlığı ilə yayımlanan xəbərdə Azərbaycan axtarış-xilasetmə qruplarının Kahramanmaraşdakı çadırını ziyarət edən daxili işlər naziri Süleyman Soylu ilə azərbaycanlı komandirin dialoquna toxunulub. Bildirilib ki, bu söhbət həssas məqamlarla yadda qalıb.

“milliyet.com” saytında yerləşdirilən “Zəlzələdən sonra Türkiyənin danışdığı foto!” sərlövhəli informasiyada da əslən Laçın rayonundan olan Sərvər Bəşirlidən danışılır. Ermənistan tərəfindən Laçının işğalı zamanı rayondan çıxarkən qış soyuğunun nə olduğunu çox yaxşı bildiyini deyən Sərvər bildirir: “Qışın soyuğunda evsiz qalmağın, yaxınlarını itirməyin nə olduğunu çox yaxşı bilirik. Ən azından onların isinməsi üçün bu yardımı etdik. Laçından olan analar var idi, onlar da yardım apardığımızı eşidəndə gətirib bizə isti paltarlar verdilər. Yığılan əşyaların hamısını yardım toplama məntəqəsinə çatdırdıq".

“Sondakika.com”, “dogruhaber.com”, “aksam.com” və digər xəbər saytlarında yerləşdirilən xəbərlərdə Türkiyədə zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə Azərbaycanda başladılan “Qardaş yardımı” çərçivəsində paytaxt Bakıdan Türkiyəyə yük avtomobillərinin yola düşdüyü qeyd olunub. Həmçinin Fövqəladə Hallar Nazirliyinin məlumatlarına istinadla, Azərbaycandan qardaş ölkəyə göndərilən yardımlardan ətraflı bəhs edilib.скачать dle 10.6фильмы бесплатно


224

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb
DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb
Ersin Tatar Azərbaycana səfər edəcək
Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Azərbaycana səfərə gələcək

"Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi açılıb

Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib

Azərbaycan XİN-də yeni idarə yaradılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.