• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Qardaşlığının və həmrəyliyin əsl nümunəsi

11-02-2023, 11:30 | Baxılıb: 207
“Qardaşlığının və həmrəyliyin əsl nümunəsi

Qardaşlığının və həmrəyliyin əsl nümunəsi

Fevralın 6-da qardaş Türkiyə öz tarixində ən faciəli və ağrılı hadisələrdən birini yaşadı. Həmin gün Türkiyə vaxtı ilə saat 04:17-də Türkiyənin cənubunda Qaziantep şəhərinin Şehitkamil ilçəsində baş verən güclü zəlzələ ciddi dağıntılara və çoxsaylı insan itkilərinə səbəb oldu. Mərkəzi Kahramanmaraş olmaqla, 10 vilayətdə baş verən zəlzələlər nəticəsində minlərlə insan həyatını itirib, on minlərlə insan yaralanıb və dağıntılar altında qalıb. Onların taleləri hələ də məlum deyil. Zəlzələdən sonra çoxsaylı afterşoklar baş verdi, ən güclüsü 9 saatdan sonra Qəhrəmanmaraşın Ekinözü ilçəsində 7,5 MV gücündə baş verdi.
Fəlakət barədə məlumat verilən kimi dərhal Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən qardaş Türkiyənin yanında idi və öz dəstəyini, öz həmrəyliyini həmişə olduğu kimi nümayiş etdirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bildirdiyi kimi, “Bütün Azərbaycan xalqı bu gün qardaş türk xalqının yanındadır”.
Fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayaraq bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirdi, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa dilədi. Ölkə başçısı həm də fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib. Eyni zamanda Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib, rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Türkiyəyə yardımların göndərilməsinə başlanılıb.


Qardaşlığının və həmrəyliyin əsl nümunəsi


Hadisədən dərhal sonra qardaş ölkəyə hərtərəfli kömək və yardım kompaniyasına start verildi. Hər zaman sarsılmaz qardaşlıq və həmrəylik nümayiş etdirən xalqımız bu dəfə də Türkiyə xalqının dərdinə, acısına şərik oldu. Təbii ki, yenə ilk köməyə gedən dost ölkə Azərbaycan oldu. Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və texnikası, Müdafiə Nazirliyinin hərbiçiləri, tibb işçiləri və digər qurumların çoxsaylı nümayəndələri dağıntılar zonasına gəldilər və xilasetmə işlərinə başladılar.
Qardaş Türkiyəyə yardımların toplanılmasına bütün ölkə vətəndaşları səs verdi. Bakıda və ölkənin bütün bölgələrində yardımların toplanması üçün məntəqələr yaradıldı. Dövlət qurumları, idarələr, təşkilatlar, sadə vətəndaşlar bu işlərə qoşularaq türkiyəli qardaş və bacılarımız üçün əllərindən gələn bütün yardımları mərkəzlərə gətirməyə başladılar. Artıq nüçə gündür ki, aksiya davam edir və gətirilən yardımların miqdarı durmadan artır. Toplanan yardımlar hava nəqliyyatı və avtomobillərlə Türkiyəyə göndərilir. Humanitar yardıma faciədən zərər çəkmiş şəxslər üçün zəruri olan avadanlıqlar, o cümlədən qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədi ilə ləvazimat və avadanlıqlar, həmçinin ərzaq daxildir.
Ölkəmizin başçısı həm də zəlzələ zamanı xəarət alan insanların Azərbaycanda müalicəsi ilə bağlı da müvafiq tapşırıqlar verib. Bütün görülən işlər bir daha göstərdi ki, çətin gündə Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır.
Bu gün şübhəsiz ki, Azərbaycan və Türkiyənin dünya birliyində yeri çox önəmli olmaqdadır və olacaq, «Bir millət, iki dövlət» olaraq xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətləri daha da möhkəmlənəcəkdir.


İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvüскачать dle 10.6фильмы бесплатно


207

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb
DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb
Ersin Tatar Azərbaycana səfər edəcək
Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Azərbaycana səfərə gələcək

"Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi açılıb

Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib

Azərbaycan XİN-də yeni idarə yaradılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.