• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycanın hərbi rəhbərliyi Rusiya sülhməramlı kontingentinin yerləşdiyi ərazilərdəki şəraiti təhlil edib

11-02-2023, 20:00 | Baxılıb: 192
“Azərbaycanın hərbi rəhbərliyi Rusiya sülhməramlı kontingentinin yerləşdiyi ərazilərdəki şəraiti təhlil edib

Fevralın 11-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Bu barədə Diaspor info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, həmçinin videobağlantı vasitəsilə hərbi birlik və birləşmə komandirləri iştirak ediblər.

Əvvəlcə qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qardaş ölkəyə hərtərəfli yardımların göstərilməsi ilə əlaqədar tapşırıqlarını diqqətə çatdırıb.

General-polkovnik Z.Həsənov Azərbaycan Respublikasının Prezidentinin göstərişinə uyğun olaraq Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə Müdafiə Nazirliyinin müvafiq hərbi hissələrində təşkil olunan məntəqələrdə yardımların toplanmasında fəal iştirak edən hərbi qulluqçulara və onların ailə üzvlərinə təşəkkürünü bildirib.

Türkiyəyə ezam olunmuş hərbi tibb personalımızın Kahramanmaraşda fəaliyyətini yüksək qiymətləndirən nazir Azərbaycan Ordusunun hər zaman qardaş Türkiyənin yanında olduğunu xüsusi vurğulayıb.
Azərbaycan Ordusunun bölmələrinin daim döyüşə hazır olması ilə bağlı Ali Baş Komandan tərəfindən qarşıya qoyulmuş vəzifələri müşavirə iştirakçılarına çatdırdıqdan sonra general-polkovnik Z.Həsənov bölmələrin döyüş qabiliyyətinin yoxlanılmasının nəticələri barədə məruzələri dinləyib.

Yoxlamaların nəticələrini yüksək qiymətləndirən nazir döyüş hazırlığı tədbirlərinin maksimum real döyüş şəraitinə uyğun təşkil edilməsinə dair aidiyyəti üzrə vəzifəli şəxslərə müvafiq göstərişlər verib.

Müşavirə zamanı sərhəddə, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi rayonundakı ərazilərimizdə mövcud əməliyyat şəraiti geniş təhlil edilib. General-polkovnik Z.Həsənov ehtimal olunan təhdidlərə qarşı qabaqlayıcı tədbirlərin görülməsi barədə konkret tapşırıqlar verib.

Qarsda keçirilən “Qış təlimi - 2023”dən danışan nazir təlimdə iştirak edən hərbi qulluqçuların yüksək peşəkarlığına dair Azərbaycan və Türkiyə müdafiə nazirlərinin həmfikir olduqlarını qeyd edib.

Müşavirədə xüsusilə sərt iqlim şəraitində çətin relyefli ərazilərdə dislokasiya olunan bölmələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, eləcə də xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı təhlükəsizlik qaydalarına əməl edilməsi və yanğın əleyhinə zəruri tədbirlərin görülməsinin vacibliyi qeyd olunub. Döyüş növbətçiliyinin aparılması zamanı sayıqlığın artırılması barədə konkret tapşırıqlar verilib.
Hərbi təhsil müəssisələrinin fəaliyyəti barədə məruzələr dinlənildikdən sonra müdafiə naziri bu istiqamətdə görülən işlərlə bağlı aidiyyəti şəxslərə müvafiq göstərişlər verib.
General-polkovnik Z.Həsənov şəxsi heyətə, xüsusilə gənc əsgərlərə diqqət və qayğı ilə yanaşılması, hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, eləcə də tibbi təminat məsələləri və mühəndis tədbirləri ilə bağlı müvafiq tapşırıqlar verib.скачать dle 10.6фильмы бесплатно


192

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb
DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb
Ersin Tatar Azərbaycana səfər edəcək
Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Azərbaycana səfərə gələcək

"Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi açılıb

Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib

Azərbaycan XİN-də yeni idarə yaradılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.