• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycanın XİN rəhbəri ərəb həmkarlarını Bakıdakı Zirvə Görüşünə dəvət edib

13-02-2023, 10:30 | Baxılıb: 211
“Azərbaycanın XİN rəhbəri ərəb həmkarlarını Bakıdakı Zirvə Görüşünə dəvət edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Misir Ərəb Respublikasına işgüzar səfəri çərçivəsində ölkəmizin Qoşulmama Hərəkatının sədrliyi qismində Ərəb Dövlətləri Liqasının “Qüds şəhəri və onun əhalisinə dəstək” mövzusunda yüksək səviyyəli beynəlxalq konfransında iştirak edib.

Xarici İşlər Nazirliyindən Diaspor info-ya bildirilib ki, konfransda çıxış edən nazir Ceyhun Bayramov Fələstin məsələsinin beynəlxalq hüquq normalarına, Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnamə və müvafiq qətnamələrinə uyğun olaraq öz həllini tapmasının vacib olduğunu bildirilib. Bu xüsusda, məsələnin həlli istiqamətində beynəlxalq konsensusun əldə olunması üçün birgə diplomatik səylərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov, Azərbaycanın Fələstin-İsrail münaqişəsinin iki dövlət modeli əsasında sülh yolu ilə həllini dəstəklədiyini bildirib. Üç din üçün müqəddəs yerlərin yerləşdiyi Qüdsün qorunmasının gələcəkdə burada əhalinin sülh şəraitində birgə yaşayışına töhfə verəcəyinə dair inam ifadə olunub.

Fələstin məsələsində Azərbaycanın İslam həmrəyliyinə sadiqliyinin nümunəsi kimi Fələstin Dövlətinə yardım məqsədilə bir çox beynəlxalq konfransa ev sahibliyi, həmçinin davamlı olaraq, xüsusilə COVID-19 pandemiyası ilə mübarizədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə dəstəyi xatırlanıb.

Nazir Ceyhun Bayramov, həmçinin Konfrans iştirakçılarını post-pandemiya dövründə qlobal bərpa mövzusunun müzakirəsi üçün mühüm fürsət kimi növbəti ay Bakıda keçiriləcək QH-nın COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə ən yüksək səviyyədə iştiraka dəvət edib.

Daha sonra konfrans iştirakçıları tərəfindən gündəlikdə duran məsələlər üzrə fikir mübadiləsi aparılıb.скачать dle 10.6фильмы бесплатно


211

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb
DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb
Ersin Tatar Azərbaycana səfər edəcək
Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Azərbaycana səfərə gələcək

"Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi açılıb

Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib

Azərbaycan XİN-də yeni idarə yaradılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.