• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Hərbi Prokurorluq: "Qaradağlı soyqırımını törətməkdə cinayətləri sübuta yetirilən 12 nəfər beynəlxalq axtarışdadır"

18-02-2023, 13:00 | Baxılıb: 39
“Hərbi Prokurorluq:

"Qaradağlı soyqırımını törətməkdə cinayətləri sübuta yetirilən 12 nəfər beynəlxalq axtarışdadır".

Diaspor.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Hərbi prokurorunun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyev deyib.

O bildirib ki, Azərbaycan xalqına qarşı törədilmiş sülh və insanlıq əleyhinə, eləcə də müharibə, terrorçuluq cinayətlərinin və digər cinayətlərin istintaqının aparılması, onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş şəxslərin müəyyənləşdirilərək qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədilə 2003-cü il dekabrın 18-də Baş prokurorun, daxili işlər və milli təhlükəsizlik nazirlərinin vahid əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılıb. 2005-ci il mayın 5-dən isə həmin cinayət işinin istintaqı öz təşəbbüsü əsasında ibtidai araşdırmaya prosessual rəhbərlik Baş prokurorun müavini, Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevə həvalə edilib.

F.Əliyev vurğulayıb ki, bundan sonra cinayət işinin ibtidai araşdırılması əvvəlki illərdən fərqli olaraq, cinayət işinin vahid istintaq-əməliyyat planına əsasən ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, beynəlxalq hüquq normalarına, eləcə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, Cinayət-Prosessual Məcəlləsinin tələblərinə tam uyğun və baş vermiş cinayət hadisələrinin hər birinin mahiyyəti üzrə aparılıb. Cinayət işi üzrə sülh və insanlıq əleyhinə, habelə müharibə və digər cinayətləri törətmiş şəxslərin - Xocalı, Qaradağlı, Bağanıs-Ayrım, Meşəli, Kərkicahan soyqırımları, əsir və girov götürülmüş şəxslərə qarşı işgəncə, terrorçuluq cinayətləri və digər epizodlar üzrə müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (Soyqırımı), 107 (Əhalini deportasiya etmə və ya məcburi köçürmə), 113 (İşgəncə), 115 (Müharibə qanunlarını və adətlərini pozma), 116 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120 (Qəsdən adam öldürmə), 214 (Terrorçuluq) və digər maddələrində nəzərdə tutulan cinayətləri törətmələri sübuta yetirildiyindən, onların müxtəlif maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul olunub. Onların barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilib və axtarışlarının təmin edilməsi üçün sənədlər İnterpolun Azərbaycan Respublikasındakı Milli Bürosuna və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilib.“Aparılmış istintaqla müəyyənləşdirilib ki, erməni silahlı birləşmələrinin üzvləri 1992-ci il fevralın 14-dən başlayaraq 17-si də daxil olan müddətdə Xocavənd rayonunun Qaradağlı kənd sakinlərindən 9-u azyaşlı, 10-u qadın, 14-ü yaşı 60-dan yuxarı olmaqla 67 nəfəri qəsdən öldürməklə həyatdan məhrum edib, 2 nəfərə müxtəlif bədən xəsarətləri yetirməklə onların sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurub, 49 nəfəri isə girov götürüblər. Eyni zamanda, yaşayış binalarını və dövlət obyektlərini qarət edərək yandırıblar. Qeyd olunanlarla yanaşı, kəndin azərbaycanlı milliyyətindən olan 1008 nəfər əhalisindən 941 sakini beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yerləşdikləri yerlərindən məcburən didərgin salıblar.

Cinayət işinin istintaqı zamanı konkret olaraq Qaradağlı epizodu üzrə sülh və insanlıq əleyhinə cinayətlər törətmələri sübuta yetirilmiş 12 şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışa verilib.

Hazırda hərtərəfli istintaq-əməliyyat tədbirləri davam etdirilir”, - F.Əliyev vurğulayıb.скачать dle 10.6фильмы бесплатно


39

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Prezident: Azərbaycan dövləti Laçına qayıdacaq keçmiş məcburi köçkünlərin rahat yaşamasını təmin edəcək
Prezident İlham Əliyev: "Biz Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardıq"
Azərbaycan Prezidenti Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas səbəblərini açıqlayıb
Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edib
Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları şəhid Orucov Kinyazın ailəsini ziyarət ediblər
Azərbaycan xalçaları və xalça toxuculuğu ənənələri Vaşinqtonda nümayiş olunur

Prezident: Azərbaycan dövləti Laçına qayıdacaq keçmiş məcburi köçkünlərin rahat yaşamasını təmin edəcək

Prezident İlham Əliyev: "Biz Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardıq"

Azərbaycan Prezidenti Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas səbəblərini açıqlayıb

Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edib

Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları şəhid Orucov Kinyazın ailəsini ziyarət ediblər

Azərbaycan xalçaları və xalça toxuculuğu ənənələri Vaşinqtonda nümayiş olunur

Britaniya kəşfiyyatı: "Rusiyanın 10-cu tank alayı döyüş texnikasının çoxunu itirib"

Qərbi Azərbaycan İcmasının sözçüsü: Qayıdış Konsepsiyası BMT-nin rəsmi sənədi kimi yayılıb

Ekoaksiyanın 107-ci günü: Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması regional sülh və inkişaf üçün vacibdir - Donfrid

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.