• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Qərbi Azərbaycan İcması Nikol Paşinyanın 1988-ci ildə Xankəndidə nümayişlərin başlaması ilə bağlı bəyanatına cavab verib

20-02-2023, 23:00 | Baxılıb: 184
“Qərbi Azərbaycan İcması Nikol Paşinyanın 1988-ci ildə Xankəndidə nümayişlərin başlaması ilə bağlı bəyanatına cavab verib

Ermənistanın Baş naziri Nikol Paşinyan 20 fevral 1988-ci ildə Azərbaycanın Xankəndi şəhərində nümayişlərin başlamasının 35-ci ildönümü ilə bağlı bəyanat verərək, həmin aksiyanın guya kortəbii şəkildə başladığını iddia etmiş və onu insan hüquqlarına aid məsələ kimi təqdim etməyə cəhd etmişdir.

Qərbi Azərbaycan İcmasının mətbuat xidmətindən Diaspor.info-ya verilən xəbərə görə, əslində həmin nümayişlər xeyli əvvəlcədən hazırlanmış olmaqla, Azərbaycana qarşı ərazi iddiasına və azərbaycanlılara qarşı irqi ayrı-seçkiliyə xidmət edən sistemli bir qəsdin tərkib hissəsi idi.

“Ermənistan tərəfi bu nümayişlərdən xeyli əvvəl Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etmiş və Ermənistan SSR-də yaşayan azərbaycanlılara qarşı zorakılıq yolu ilə total etnik təmizləməyə başlamışdı. Ermənistan tərəfinin başlatdığı bu proseslər insan hüquqlarına və beynəlxalq hüquqa zidd olmaqla mono-etnik məkanın yaradılmasına və ərazi ekspansiyasına xidmət edir. Məhz bu irqçi və aqressiv yanaşma ilə Ermənistan öz ərazisindən azərbaycanlıları qovmuş, Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərini işğal etmiş və oradan da bütün azərbaycanlıları qovmuşdur.

Azərbaycan Respublikasının Ermənistanın hərbi hücumu və işğalına qarşı 2020-ci ildə apardığı özünümüdafiə əməliyyatının qələbə ilə başa çatması ədalətin bərpa olunması istiqamətində mühüm addım olmaqla iki ölkə arasında sülh imkanlarını artırıb. Ermənistan rəhbərliyinin yaranmış bu unikal imkandan istifadə edərək, sülh üçün konkret addımlar atmaq, ələlxüsus, indiki Ermənistan ərazisindən qovduğu azərbaycanlıların sülh yolu ilə, ləyaqətli və təhlükəsiz şəkildə geriyə qayıtmasına imkan yaratmaq əvəzinə ərazi iddiasını və etnik təmizləməni təcəssüm edən bədnam bir hadisənin ildönümü münasibəti ilə bəyanat verməsi təəssüf doğurur.Azərbaycanlıların qayıdıb öz evlərində yaşamasına imkan verməyən Ermənistan hökumətinin, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni etnik mənsubiyyəti olan Azərbaycan vətəndaşlarının hüquqları məsələsi ilə spekulyasiya etməsi riyakarlıqdır.

İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hələ də öz evlərinə qayıda bilməməsi, bu ölkədə mono-etnik dövlətçilik, etnik təmizləmə və sistematik irqi ayrı-seçkilik vəziyyətinin davam etməsi böyük ədalətsizlikdir və bu, davamlı sülhün bərqərar olunmasına böyük əngəl törədir.

Qərbi Azərbaycan İcması Ermənistan hökumətini öz ərazisindən qovduğu azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıda bilmələri üçün müvafiq beynəlxalq proses çərçivəsində İcma ilə dərhal danışıqlara başlamağa çağırır”, - qeyd olunub.скачать dle 10.6фильмы бесплатно


184

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib
Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb
Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib
Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar
ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib
Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar

ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib

Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

İyulun 7-dən magistratura səviyyəsinə ixtisaslaşma seçiminə başlanılır

Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə aparılıb

Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.