• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Füzulidə kütləvi məzarlıq olduğu ehtimal edilən ərazi minalardan təmizlənir

21-02-2023, 17:00 | Baxılıb: 213
“Füzulidə kütləvi məzarlıq olduğu ehtimal edilən ərazi minalardan təmizlənir

Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlıqdan sonra, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində də belə məzarlığın olduğu ehtimal edilir. Lakin bu ərazi minalanıb. Güman olunur ki, ermənilər bu kütləvi məzarlığın yerinin tapılacağını təxmin edib və daha çox insanın ölümünə səbəb olmaq məqsədilə ərazini qabaqcadan minalayıblar. Hazırda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Aşağı Seyidəhmədli kəndində kütləvi məzarlıq olduğu ehtimal olunan ərazidə minatəmizləmə əməliyyatları həyata keçirilir.
Diaspor.info-nun məlumatına görə, ANAMA-nın əməliyyat meneceri Habil Babayev bildirib ki, ilkin olaraq ərazidə 4 hektar sahənin təmizlənməsi nəzərdə tutulub. On gün ərzində ərazinin 10-15 faizi təmizlənib və tank əleyhinə 59 mina aşkarlanıb. Bu da o deməkdir ki, ərazidə çoxlu sayda mina və partlamamış hərbi sursatın çıxması ehtimalı var. Aparılan əməliyyatlar zamanı düşmən tərəfindən basdırılmış tələ minalara da rast gəlinir. Bu da təmizləmə işlərində çətinlik yaradır. Ümumilikdə isə İkinci Qarabağ müharibəsindən sonra ANAMA tərəfindən 81 mindən çox mina və partlamamış sursat aşkar edilib ki, bunlardan da 14 mini tank əleyhinə minalardır.Aşağı Seyidəhmədli kəndi ərazisində minatəmizləmə əməliyyatlarında iştirak edən ANAMA-nın əməkdaşı Bəhruz Mahmudovun atası Birinci Qarabağ müharibəsində itkin düşüb. Bəhruz hər dəfə kütləvi məzarlıqlar olan ərazilərin minalardan təmizlənməsi zamanı atasının bir nişanəsinə rast gələcəyinə ümid edir: “Atam 1993-cü ildə birinci Qarabağ müharibəsində itkin düşüb. Ondan bu günədək heç bir məlumat ala bilmirik. Dayandığımız yerdə kütləvi məzarlığın olması ehtimal edilir. Bundan əvvəl də ermənilər tərəfindən azərbaycanlıların kütləvi basdırıldığı ərazidə minatəmizləmə əməliyyatı aparmışıq. Lakin atama aid bir nişanə olmayıb. İndi Seyidəhmədli ərazisində kütləvi məzarlıq ehtimal olunan ərazidə minatəmizləmə işləri həyata keçiririk. Atama aid hər hansı nişana rast gələcəyimə ümid edirəm”.

ANAMA-nın söhbət etdiyimiz hər bir əməkdaşı torpaqlarımızın minalardan təmizlənməsində iştirak etdiklərindən qürur duyduqlarını bildirirlər. Onlardan biri - Müşfiq Namazov deyib: “44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etdi. İndi həmin ərazilər düşmənin basdırdığı minalardan və partlamamış hərbi sursatlardan təmizlənir. ANAMA-nın əməkdaşları olaraq bizim də öhdəmizə düşən vəzifə ərazilərin minalardan təmizlənməsini həyata keçirməkdir. Biz də Vətənə borcumuzu bu yolla yerinə yetiririk. Fəaliyyətimizlə, işimizlə qürur duyuruq”.скачать dle 10.6фильмы бесплатно


213

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib
Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb
Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib
Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar
ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib
Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar

ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib

Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

İyulun 7-dən magistratura səviyyəsinə ixtisaslaşma seçiminə başlanılır

Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə aparılıb

Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.