• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ombudsmanın informasiya əldə etmək hüququnun təmini sahəsində fəaliyyəti yeni mərhələdə inkişaf etdirilib

21-02-2023, 14:30 | Baxılıb: 232
“Ombudsmanın informasiya əldə etmək hüququnun təmini sahəsində fəaliyyəti yeni mərhələdə inkişaf etdirilib

Ombudsmanın informasiya əldə etmək hüququnun təmini sahəsində fəaliyyəti yeni mərhələdə inkişaf etdirilib Azərbaycan Respublikasının Konstitusiyasında və insan hüquqlarına dair beynəlxalq hüquqi sənədlərdə informasiya əldə etmək hüququ hər kəsin istənilən məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığını ehtiva edir. “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombuds¬man) haqqında” Azərbaycan Respub¬likasının Konstitusiya Qanununun 1.3-cü maddəsinə əsasən, Müvəkkil informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirir. Ombudsmanın bu fəaliyyəti çərçivəsində “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 3 may 2017-ci il tarixli, 1361 saylı Fərmanına uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 371-374, 382 və 554-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə icraat aparılmaqdadır. İnformasiya əldə etmək hüquqlarının pozulması ilə əlaqədar 30-dan çox iş üzrə inzibati icraata başlanılmış, İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq icraat aparılmış, protokollar tərtib edilmiş, müraciətlər nəticəli şəkildə cavablandırılmışdır. Belə ki, inzibati icraat çərçivəsində informasiya sahibi olan dövlət orqanlarının, təhsil, səhiyyə və sosial sahədə fəaliyyət göstərən qurumların, idarə və müəssisələrinin, publik hüquqi şəxslərin, bələdiyyələrin, kommersiya və qeyri-kommersiya hüquqi şəxslərinin vəzifəli şəxsləri tərəfindən informasiya əldə etmək hüququnun tələblərinin pozulduğu aşkar edilmiş, müvafiq qaydada inzibati xəta haqqında protokol tərtib olunmaqla aidiyyəti üzrə məhkəmələrə göndərilmiş və sorğular təmin edilmişdir. İnzibati icraat prosesində informasiya sahibinin ərizəçinin sorğusuna fərqli və əsaslandırılmamış cavablar verməsi hallarının məhkəmə tərəfindən araşdırılmaması, bununla da İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsinin tərkibini yaradan inzibati xətanın törədilməsinə hüquqi qiymət verilmədiyi hal da müşahidə olunmuşdur. Eləcə də müraciətlər üzrə aparılmış araşdırmalar nəticəsində informasiya sahibləri tərəfindən informasiyanı açıqlamaq vəzifələrinin yerinə yetirilməsi təmin edilmişdir. Bununla yanaşı, dövlət qurumlarına məxsus rəsmi internet səhifələrinin fəaliyyəti və məlumatlara əlçatanlığın təmin olunması üzrə monitorinqlər aparılmış, tövsiyələr verilmişdir. Rəsmi internet səhifələrindəki onlayn müraciət bölmələrinin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yenilənməsinə və internet informasiya ehtiyatlarının yaradılmasına baxmayaraq, bu sahədə çatışmazlıqlar da vardır. İnformasiya sahibləri tərəfindən məlumatların verilməsi üzrə aparılmış təhlillər göstərir ki, bu yanaşma sorğuçuların müvafiq qurumlara əlçatanlığını təmin etməklə yanaşı, informasiya əldə etmək hüququnun daha effektiv təmin edilməsində və qurumlara münasibətdə yarana biləcək neqativ halların qarşısının alınmasında mühüm təcrübə formalaşdırır. Qeyd olunanlarla yanaşı, hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnun təşviqinin əhəmiyyəti nəzərə alınaraq, “İnformasiya əldə etmək hüququnun təmini insan hüquqları kontekstində” mövzusunda ölkənin regionlarını əhatə etməklə informasiya sahibləri və sorğuçular üçün geniş tərkibdə silsilə maarifləndirmə tədbirləri, əhalinin müxtəlif qruplarına ünvanlanan sosial çarxlar və maarifləndirici nəşrlər əsasında geniş fəaliyyət həyata keçirilir. Bu hüququn təbliği istiqamətində həyata keçirilən geniş fəaliyyət ölkəmizdə informasiya əldə etmək hüququnun daha səmərəli təmininə, informasiya cəmiyyətinin inkişafına və açıq hökumətin təşviqinə yönəlmiş islahatlara dəstək məqsədi daşıyır. Mətbuat xidməti Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramıскачать dle 10.6фильмы бесплатно


232

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib
Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb
DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb
Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur
Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib
Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar

ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib

Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.