• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransınıın keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb - SƏRƏNCAM

11-03-2023, 16:00 | Baxılıb: 184
“Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransınıın keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb - SƏRƏNCAM

Prezident İlham Əliyev martın 11- də Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MİNEPS VII) 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.

Diaspor.info-nun məlumatına görə, Sərəncamda deyilir:

"İdman sahəsində hökumətlərarası təşkilatları, idman hərəkatlarını, ixtisaslaşmış qeyri-hökumət təşkilatlarını və idman mütəxəssislərini bir araya toplayan UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin Beynəlxalq Konfransı (MİNEPS) dünyada bədən tərbiyəsi və idman sahəsinə töhfə verən ən nüfuzlu tədbirlərdən biri hesab olunur.

2022-ci il oktyabrın 28-də Paris şəhərində UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin (CİGEPS) növbəti sessiyasında Azərbaycan Respublikası Hökuməti ilə UNESCO arasında Ev sahibliyi haqqında Saziş imzalanmış və Azərbaycan 2023-cü ildə keçiriləcək Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransına (MİNEPS VII), eləcə də əlaqədar yığıncaqların təşkilinə ev sahibliyi etmək hüququ əldə etmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MİNEPS VII) Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

Təşkilat Komitəsinin sədri

Azərbaycan Respublikasının gənclər və idman naziri

Təşkilat Komitəsinin üzvləri:

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti rəisinin müavini

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi İdarə Heyətinin sədri

Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəsi

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Milli Komissiyasının Baş katibi

Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) İdarə Heyətinin sədri

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti

Bakı Konqres Mərkəzinin direktoru.

2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılan Təşkilat Komitəsi Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MİNEPS VII) Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planı hazırlayıb həyata keçirsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".скачать dle 10.6фильмы бесплатно


184

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

“Qardabani Təhsil və İnteqrasiya Mərkəzi”ndə 2024–2025-ci tədris ilinin yekun tədbiri keçirilib
Ceyhun Bayramov Xankəndidə pakistanlı həmkarı ilə regional məsələləri müakirə edib
DİN: Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb
İlham Əliyev ECO-nun 17-ci Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən paylaşım edib
Məsud Pezeşkian bu gün Xankəndidə keçiriləcək İƏT sammitində iştirak edəcək
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə gəlib

“Qardabani Təhsil və İnteqrasiya Mərkəzi”ndə 2024–2025-ci tədris ilinin yekun tədbiri keçirilib

Ceyhun Bayramov Xankəndidə pakistanlı həmkarı ilə regional məsələləri müakirə edib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb

İlham Əliyev ECO-nun 17-ci Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən paylaşım edib

Məsud Pezeşkian bu gün Xankəndidə keçiriləcək İƏT sammitində iştirak edəcək

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə gəlib

Qazaxıstanın Baş naziri ECO-nun 17-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycandadır

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri yeni perspektivlər vəd edir

İran yenidən hava məkanını açır

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.