• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Nüfuzlu “Əl Əhram” nəşri Qlobal Bakı Forumunun Çinlə bağlı panel iclasından yazıb

12-03-2023, 09:00 | Baxılıb: 165
“Nüfuzlu “Əl Əhram” nəşri Qlobal Bakı Forumunun Çinlə bağlı panel iclasından yazıb

Misirin nüfuzlu “Əl Əhram” qəzetində Azərbaycanın paytaxtında keçirilən “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun “Qlobal inkişaf və təhlükəsizlikdə Çinin rolu" mövzusuna həsr olunmuş panel iclası barədə geniş məqalə dərc olunub.

Diaspor.info xəbər verir ki, “Çin hesab edir ki, inkişaf təhlükəsizlik və sülhün əsas amilidir” sərlövhəli məqalədə Çin hökumətinin Avropa məsələləri üzrə xüsusi elçisi və Almaniyada sabiq səfiri Vu Honqbonun panel iclasında çıxışından əsas məqamlar yer alıb. Müəllif qeyd edib ki, Çinin nümayəndəsi son üç ildə dünyanın COVID-19 pandemiyası, iqtisadi və maliyyə böhranları, iqlim dəyişikliyinin fəsadları ilə üzləşdiyini diqqətə çatdırıb. O əlavə edib ki, Pekin inkişafı birinci yerə qoymaq, insanlara xidmət edən tendensiyalar, hamı üçün faydalar, innovasiya üçün hərəkətverici qüvvələr, insan və təbiət arasında harmoniya və fəaliyyətə əsaslanan nəticələr daxil olmaqla, öz siyasətini 6 vektor üzrə həyata keçirir.Məqalədə diqqətə çatdırılıb ki, Vu Honqbo Pekinin 60-dan çox ölkə və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən qlobal inkişaf təşəbbüsünü irəli sürdüyünü, Çinin 100 milyon vətəndaşını ifrat yoxsulluq vəziyyətindən çıxarmaqda uğur qazandığını və bununla da BMT-nin 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Hədəfinə çatdığını vurğulayıb. Çin, eyni zamanda, 2030-cu ilədək karbon emissiyasını azaltmağı və 2060-cı ilə qədər karbon neytrallığına nail olmağı öhdəsinə götürür.

Çinin xüsusi elçisi deyib: “Pekin qlobal miqyasda ən böyük enerji istehlakçısıdır, lakin buna baxmayaraq, dünyanın heç bir ölkəsində olmadığı kimi, elektromobillərin istifadəsində böyük uğurlar qazanıb. Bununla yanaşı, Çin elektrik enerjisinin modernləşməsi sahəsində misilsiz nailiyyətlər əldə edib. Beş vektorlu siyasətin həyata keçirilməsi əsasında, 1,4 milyardlıq əhalisi olan ölkəmiz insan kapitalından bəhrələnmək, hamı üçün rifah ideyasını dəstəkləmək, mədəni tərəqqiyə nail olmaq, insan və təbiət arasında harmoniya yaratmaq, ətraf mühitə və nəhayət, firavanlığa çatmaq üçün dinc inkişafa xüsusi əhəmiyyət verir”. O, qeyd edib ki, Çinin əsas məqsədi rəqabət aparmaq və ya başqa bir ölkəni əvəz etmək deyil. Pekin üçün önəmli olan tərəqqi, daha çox nailiyyətlər əldə etmək, bütün ölkələr üçün inkişaf və təhlükəsizliyə nail olmaqdır. Təhlükəsizliyin bütün dünya ölkələrinin maraqlarına cavab verəcəyini və bu səbəbdən Çinin bu yaxınlarda hərtərəfli əməkdaşlığa, sülhə, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə riayət etməyə və dünyadakı bütün münaqişələrin dialoq və sülh yolu ilə həllinə əsaslanan qlobal təhlükəsizlik təşəbbüslərini xatırladan V.Honqbo bildirib ki, onun ölkəsi Rusiya və Ukrayna arasında münaqişəyə dair danışıqları dəstəkləmək siyasətinə sadiqdir. “Pekin Moskva və Kiyev arasında sülhə nail olmaq üçün gərginliyin və eskalasiyanın azaldılmasına çalışır. Tayvan məsələsinə gəldikdə, bu, Çinin daxili problemidir və sülhə, inkişaf maraqlarına təhlükə yaratmır. Rusiya ilə Ukrayna arasında mübahisə isə ərazi suverenliyi ilə bağlıdır”, -deyə xüsusi nümayəndə sonda vurğulayıb.скачать dle 10.6фильмы бесплатно


165

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

“Qardabani Təhsil və İnteqrasiya Mərkəzi”ndə 2024–2025-ci tədris ilinin yekun tədbiri keçirilib
Ceyhun Bayramov Xankəndidə pakistanlı həmkarı ilə regional məsələləri müakirə edib
DİN: Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb
İlham Əliyev ECO-nun 17-ci Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən paylaşım edib
Məsud Pezeşkian bu gün Xankəndidə keçiriləcək İƏT sammitində iştirak edəcək
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə gəlib

“Qardabani Təhsil və İnteqrasiya Mərkəzi”ndə 2024–2025-ci tədris ilinin yekun tədbiri keçirilib

Ceyhun Bayramov Xankəndidə pakistanlı həmkarı ilə regional məsələləri müakirə edib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb

İlham Əliyev ECO-nun 17-ci Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən paylaşım edib

Məsud Pezeşkian bu gün Xankəndidə keçiriləcək İƏT sammitində iştirak edəcək

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə gəlib

Qazaxıstanın Baş naziri ECO-nun 17-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycandadır

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri yeni perspektivlər vəd edir

İran yenidən hava məkanını açır

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.