• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Hikmət Hacıyev: Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyi məsələsi sırf Azərbaycanın daxili işidir

13-03-2023, 11:30 | Baxılıb: 32
“Hikmət Hacıyev: Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyi məsələsi sırf Azərbaycanın daxili işidir

Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyi məsələsi sırf Azərbaycanın daxili işidir

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Report”a müsahibəsində bildirib.

Diaspor.info müsahibəni təqdim edir:

- Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan tərəfindən verilmiş son açıqlama ilə bağlı nə deyə bilərsiniz?

- Ermənistanın 30 illik işğalına, etnik təmizləməyə və kütləvi dağıntılara baxmayaraq, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsindən az sonra xoş niyyət nümayiş etdirərək ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında sülh gündəliyini irəli sürmüşdür. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqlar və Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar bir-birindən tamamilə ayrı iki xətdir.

Bu xüsusda, 2022-ci ildə Azərbaycan əsas mahiyyəti ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınmasından ibarət olan və sülh müqaviləsinin əsasını təşkil edəcək məşhur 5 prinsipini Ermənistana təqdim etmişdir. 2022-ci ilin oktyabr ayında Praqa və Soçidə keçirilmiş görüşlərdə Azərbaycan və Ermənistan 1991-ci il Almatı bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini qarşılıqlı şəkildə tanıdıqlarını bəyan etmişdir. Almatı bəyannaməsi ilə yeni müstəqillik qazanmış ölkələr SSRİ dövründə keçmiş müttəfiq respublikaların inzibati sərhədlərini tanıyırlar. Beləliklə, Praqa və Soçi sənədləri ilə Ermənistan Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımışdır.

Biz 2022-ci ilin sonuna qədər sülh sazişinin imzalanmasına ümid edirdik, yeri gəlmişkən, sentyabrda Vaşinqton görüşündə bu məsələ də müzakirə olunmuşdu. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə buna nail ola bilmədik.

Ermənistan lap əvvəldən Qarabağ məsələsinin sülh sazişində yer almasına çalışırdı, lakin bu yanaşma Azərbaycan üçün qəbuledilməzdir.Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyi məsələsi sırf Azərbaycanın daxili işidir və Azərbaycan özünün suverenliyinə aid olan məsələləri digər üçüncü tərəflə, o cümlədən Hayastan Respublikası ilə müzakirə etməyəcək. Qarabağ münaqişəsi həll olunub. Qarabağ Azərbaycan ərazisidir. Azərbaycan üçün Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxıb. Təsadüfi deyil ki, Brüssel, Moskva, Praqa, Soçi görüşlərində qəbul edilən sənədlərdə Qarabağa istinad yer almır.

Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına və qanunlarına uyğun həll olunacaq. Erməni sakinlərə heç bir xüsusi imtiyazın verilməsi nəzərdə tutulmur. Dediyim kimi, bu məsələnin Ermənistana və digərlərinə heç bir aidiyyəti yoxdur.

İstər Brüssel danışıqlarında, istərsə də keçən ilin sentyabr ayında Vaşinqtonda keçirilmiş görüşdə Qarabağda yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyinin məhz Azərbaycan Konstitusiyası çərçivəsində təmin edilməsi məsələsi müzakirə edilib.

Qarabağda yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyinin müzakirə olunması üçün hər hansı bir beynəlxalq mexanizmin yaradılmasından söhbət gedə bilməz və biz heç zaman buna razılıq verməmişik. Ermənistanın bununla bağlı iddiaları tamam məntiqsizdir və süni gərginlik yaratmaq məqsədi daşıyır.

Azərbaycanın suverenliklə bağlı haqlı mövqeyi beynəlxalq müstəvidə qəbul olunur.

- Siz qeyd etdiniz ki, Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə 2022-ci ildə sülh sazişinin imzalanmasına nail ola bilmədik. Bununla bağlı daha ətraflı fikirlərinizi almaq istərdik.

- İlk öncə qeyd edim ki, 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatın müddəaları Ermənistan tərəfindən kobudcasına pozulur. Ermənistan ordusunun qalıqları hələ də Azərbaycan ərazilərindən tam olaraq çıxarılmayıb. Bizdə olan məlumatlara əsasən, Qarabağ bölgəsində təxminən 10 minlik şəxsi heyət qalmaqdadır. Qanunsuz erməni silahlı dəstələri yeni postlar və mühəndis-istehkam qurğuları yaradır, ərazilərimizi 2021-ci ildə Ermənistanda istehsal edilmiş minalarla çirkləndirir, Azərbaycan ordusunun mövqelərini atəşə tutur. Faktiki olaraq yeni “təmas xətti” qurmağa çalışırlar.Ermənistan ərazi iddialarından, müxtəlif narrativlər adı altında Azərbaycanın daxili işlərinə müdaxilədən əl çəkməli, Prezident İlham Əliyevin sülh gündəliyini qəbul etməlidir.

Dünya liderlərinə zənglərlə, özünü yalandan “demokratiya qalası” kimi qələmə verməklə, müxtəlif qətnamələrlə Ermənistan öz gələcəyini təmin edə bilməz.

30 il ərzində Ermənistan suverenlik, ərazi bütövlüyü ifadəsini eşitmək belə istəmirdi.

Biz Ermənistanın siyasətində ardıcıllıq görmürük. Baş nazir bir şey deyir, digər rəsmilər tamam ayrı şeydən danışır. Gah deyirlər ki, Laçın yoluna BMT missiyası getməlidir, gah da deyirlər ki, yox, Ermənistan Laçın yolu ilə məşğul olmayacaq. Gah deyirlər ki, 1991-ci il Almatı bəyannaməsi iki ölkə arasında delimitasiyanın əsasını təşkil etməlidir, gah da iddia edirlər ki, anklav kəndlərin hüquqi əsası yoxdur. Gah da Ermənistan lideri BMT tribunasından deyir ki, Azərbaycan xəritədə bizə göstərsin ki, Ermənistanın əraziləri hansıdır.

- Qarabağda yaşayan erməni sakinlərlə təmaslar barədə nə deyərdiniz?
“blokada”dadır, Azərbaycan Qarabağda yaşayan erməni sakinlərə qarşı “genosid” törətməyə hazırlaşır. Biz ilk gündən demişik ki, Laçın yolu bağlanmayıb, Rusiya sülhməramlıları, Beynəlxalq Qırmızı Xaç Komitəsi, humanitar yüklər rahat şəkildə yoldan keçir. Dekabrın 12-dən bu günə 3600-dan çox maşın Laçın-Xankəndi yolundan keçib. Məgər belə blokada olur?

Ermənistan bu tipli narrativlərlə beynəlxalq ictimaiyyəti çaşdırmaq, Azərbaycanın mövqelərinə zərbə vurmaq, sülh müqaviləsinin imzalanmasını yubatmaq, Qarabağda yaşayan erməni sakinlərin Azərbaycana reinteqrasiyasına mane olmaq niyyətindədir. Başqa bir narrativ də var: “Qarabağ bütün dünyadan təcrid olunub”. Bu adamlar başa düşmür ki, “Dağlıq Qarabağ” ayrıca bir subyekt deyil və ada kimi yaşaya bilməz. Bu ərazi Azərbaycanın tərkib hissəsidir. Erməni sakinlərin Azərbaycana reinteqrasiyası yeganə çıxış yoludur.

Hesab edirəm ki, 5 martda Ermənistanın törətdiyi təxribat bir daha onu göstərdi ki, Laçın yolunun son nöqtəsində, Ermənistan-Azərbaycan sərhədində sərhəd-nəzarət məntəqəsinin qurulması labüddür. Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında bu təkliflə çıxış etmişdi.

- Qərbi Azərbaycandan qovulmuş soydaşlarımız keçən il Qərbi Azərbaycan İcması yaratdılar. Bununla bağlı nə deyərdiniz?
Əlbəttə, Ermənistan öz ərazisinə nəinki Aİ-nin missiyasını, digər ölkələri də çağıra bilər. Amma Aİ missiyası Azərbaycanla sərhəddə yerləşdiyi üçün Azərbaycanın mövqeyi, narahatlığı nəzərə alınmalıdır. Özü də bu missiya iddia edildiyi kimi, mülki missiya deyil, onun tərkibində keçmiş hərbçilər, polis əməkdaşları yer alıb.

Bizim təxminlərimiz özünü doğrultdu. Ermənistan missiyadan sui-istifadə edir. Son vaxtlar Ermənistan ordusu şərti sərhəddə mövqelərimizi atəşə tutublar. Müdafiə Nazirliyinin açıqlaması ilə yəqin ki tanış olmusunuz, orada deyilir ki, Ermənistan bununla Azərbaycanı cavab atəşi açmağa təhrik edir. Məqsəd Aİ missiyasında yanlış rəy formalaşdırmaq və vəziyyəti süni olaraq gərginləşdirməkdir. Ermənistan düşünür ki, Aİ missiyasının gəlməsi ilə onun təhlükəsizliyi təmin olunub və indi diqqətini Qarabağda pozuculuq əməllərini davam etdirməyə yönəldə bilər.

Biz hesab edirik ki, Cənubi Qafqaz regionu geopolitik rəqabət məkanı olmamalıdır.

Amma Ermənistan fərqli mövqedədir.

- Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə münasibətləri gündən-günə soyuqlaşır.

- Ermənistan daim ümid edirdi ki, KTMT ölkələri onun Azərbaycanın ərazilərini işğalda saxlamasına kömək etməlidir. Amma həmin ölkələr Ermənistanın bu avantürist siyasətinin alətinə çevrilmək istəmirdilər. Yəni, Ermənistan özünü yanlış addımları ilə pis vəziyyətə salıb. KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovu vəzifədə ola-ola necə hörmətsiz qaydada geri çağırıb cinayət işi açmaları hamının yadındadır. Bu, əslində bütün KTMT üzv ölkələrinin təhqir olunması idi.

Son vaxtlar Ermənistan öz ərazisində KTMT-nin təlimlərinin keçirilməsindən imtina etdi. İndi də artıq Baş katibin müavini kvotasından imtina ediblər.Hayastan Respublikası hesab edir ki, bütün dünya bunlara borcludur, hamı gəlib onların əvəzinə Azərbaycana qarşı vuruşmalıdır. Və əsassız iddiaları qəbul edilmədiyi üçün hamıdan inciyirlər. KTMT üzv ölkələri Ermənistanın ikili oyun oynadığını yaxşı bilirlər.

- Biz Ermənistanın itkin düşmüş azərbaycanlıların taleyinin müəyyən edilməsində də maraqlı olmadığını görürük.

- Bəli, Ermənistan birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 3900-a qədər soydaşımızın taleyinin müəyyənləşdirilməsi üçün əməkdaşlıq etmir, onların basdırıldığı kütləvi məzarlıqların yerlərini bildirməkdən boyun qaçırır.

Bizim bu məsələdə Beynəlxalq Qırmızı Xaç Komitəsinə də müəyyən suallarımız var. BQXK itkin düşmüş azərbaycanlılarla bağlı demək olar ki heç bir iş görmür.

Bundan əlavə, BQXK-nın Xankəndi Ofisi hələ də Bakı Ofisinə deyil, siyasi cəhətdən Cenevrəyə, logistika cəhətdən İrəvan ofisinə tabe olmaqda davam edir. Təəssüf ki, BQXK bizim etimadımızdan sui-istifadə edir. Artıq rəsmi qaydada BQXK-nı Azərbaycanın suverenliyinə zidd olan bu praktikaya son qoymağa və Xankəndi Ofisinin Bakı Ofisinə tabe etdirilməsinə dair Azərbaycana konkret vaxt cədvəli təqdim etməyə çağırmışıq.скачать dle 10.6фильмы бесплатно


32

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Prezident: Azərbaycan dövləti Laçına qayıdacaq keçmiş məcburi köçkünlərin rahat yaşamasını təmin edəcək
Prezident İlham Əliyev: "Biz Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardıq"
Azərbaycan Prezidenti Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas səbəblərini açıqlayıb
Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edib
Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları şəhid Orucov Kinyazın ailəsini ziyarət ediblər
Azərbaycan xalçaları və xalça toxuculuğu ənənələri Vaşinqtonda nümayiş olunur

Prezident: Azərbaycan dövləti Laçına qayıdacaq keçmiş məcburi köçkünlərin rahat yaşamasını təmin edəcək

Prezident İlham Əliyev: "Biz Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardıq"

Azərbaycan Prezidenti Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas səbəblərini açıqlayıb

Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edib

Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları şəhid Orucov Kinyazın ailəsini ziyarət ediblər

Azərbaycan xalçaları və xalça toxuculuğu ənənələri Vaşinqtonda nümayiş olunur

Britaniya kəşfiyyatı: "Rusiyanın 10-cu tank alayı döyüş texnikasının çoxunu itirib"

Qərbi Azərbaycan İcmasının sözçüsü: Qayıdış Konsepsiyası BMT-nin rəsmi sənədi kimi yayılıb

Ekoaksiyanın 107-ci günü: Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması regional sülh və inkişaf üçün vacibdir - Donfrid

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.