• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən 3 saylı uşaq evinə başçəkmə həyata keçirilib

17-03-2023, 11:00 | Baxılıb: 190
“Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri  tərəfindən 3 saylı uşaq evinə başçəkmə həyata keçirilib


Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri
tərəfindən 3 saylı uşaq evinə başçəkmə həyata keçirilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Bakı şəhər 3 saylı uşaq evinə planlı başçəkmə həyata keçirilib.
BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd müxtəlif yaş qruplarından olan uşaqların hüquqlarının təmini, habelə əvvəlki başçəkmələr zamanı müəyyən edilmiş nöqsanların aradan qaldırılması və verilmiş tövsiyələrin icra vəziyyətinin öyrənilməsindən ibarət olub.
Başçəkmə çərçivəsində 3 saylı uşaq evinin bütün ərazisinə, o cümlədən yataq və tibb otaqlarına, yeməkxana, mətbəx, kitabxana və digər yerlərə baxış keçirilib, uşaqlar ilə fərdi və qrup şəklində görüşlər təşkil olunub. Rəftar məsələlərinin araşdırılması məqsədilə bu müəssisələrdə yaşayan uşaqlarla, habelə müəssisə rəhbərliyi, müəllimlər ilə söhbət aparılıb və mövcud vəziyyət öyrənilib.


Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri  tərəfindən 3 saylı uşaq evinə başçəkmə həyata keçirilib


Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri olan psixoloq və sosial işçinin də iştirak etdiyi başçəkmə zamanı uşaqların sosial vəziyyətini öyrənmək, davranış motivləri haqqında daha dolğun məlumat almaq məqsədilə sorğu keçirilib. Sosial sorğuda ümumilikdə 30 uşaq iştirak edib.
Yekunda müəssisənin rəhbərliyi və əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, saxlanma şəraiti, sənədləşmədə olan nöqsanların aradan qaldırılması ilə bağlı qanunvericiliyin tələbləri izah olunub, habelə yerində aradan qaldırılması mümkün olan məsələlərlə bağlı tövsiyələr verilib.
Mətbuat xidmətiскачать dle 10.6фильмы бесплатно


190

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb
DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb
Ersin Tatar Azərbaycana səfər edəcək
Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Azərbaycana səfərə gələcək

"Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi açılıb

Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib

Azərbaycan XİN-də yeni idarə yaradılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.