• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

AŞPA-nın yaz sessiyasında müzakirə olunacaq mövzular açıqlanıb

27-03-2023, 21:00 | Baxılıb: 189
“AŞPA-nın yaz sessiyasında müzakirə olunacaq mövzular açıqlanıb

Strasburqda aprelin 24-dən 28-dək Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası keçiriləcək. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri sessiyada iştirak edəcəklər.

Diaspor.info xəbər verir ki, AŞPA-nın Strasburqda keçiriləcək yaz sessiyasında təbii fəlakətlərin qarşısının alınması, onlara hazırlıq və nəticələrinin aradan qaldırılması üzrə siyasi strategiyalar müzakirə olunacaq.

Assambleya üzvləri, həmçinin 2023-cü il mayın 16-da və 17-də Reykyavikdə keçiriləcək Avropa Şurasının dördüncü Sammitinə dair müzakirələr aparacaqlar. Avropalı parlamentarilər İslandiya Prezidenti Qudni Yohannessonun çıxışını dinləyəcəklər. Sessiya çərçivəsində İslandiyanın xarici işlər naziri Thordis Kolbrun Reykfyord Gylfadottir tərəfindən ölkəsinin sədrlik etdiyi Nazirlər Komitəsinin kommünikesi təqdim olunacaq.

Yaz sessiyasında planlaşdırılmış müzakirələrin siyahısına ictimai səhiyyə ilə bağlı fövqəladə hallar zamanı çoxtərəfliliyə və səhiyyəyə vahid yanaşmanın zəruriliyinə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının, habelə İnsan Hüquqları üzrə Avropa Konvensiyası və milli konstitusiyaların icrasına dair mövzular da daxildir.

Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dunya Miyatoviç 2022-ci il üçün fəaliyyət hesabatını təqdim edəcək, Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç parlamentarilərin suallarını cavablandıracaq.

Müzakirələr arasında gənclər və media, eləcə də beynəlxalq ticarətdə demokratiyanın, hüquqların və ətraf mühitin qorunmasına dair mövzular da yer alır.

Assambleya demokratiya statusu üçün tərəfdaşlığının fəaliyyətini qiymətləndirəcək və San-Marinonun Avropa Şurasına üzvlük öhdəliklərinə əməl etməsini nəzərdən keçirəcək.

Avropa Sarayının müzakirələr palatasında aparılan təmir işləri ilə əlaqədar AŞPA-nın bu plenar iclası Avropa Parlamentinin müzakirələr palatasında keçiriləcək.скачать dle 10.6фильмы бесплатно


189

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub
Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb
Milli Məclisin növbəti plenar iclası keçirilir
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Prezident İlham Əliyev: ABŞ Azərbaycanın uzun illərdən bəri enerji sahəsində sadiq tərəfdaşıdır

“Qardabani Təhsil və İnteqrasiya Mərkəzi”ndə 2024–2025-ci tədris ilinin yekun tədbiri keçirilib

Ceyhun Bayramov Xankəndidə pakistanlı həmkarı ilə regional məsələləri müakirə edib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.