ŞƏKİ HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ HEYDƏR ƏLİYEVİN YÜZ İLLİYİNƏ HƏSR EDİLMİŞ KONFRANS KEÇİRİLİB.
Məlum olduğu kimi bu il Azərbaycanda Heydər Əliyev ili elan edilib. Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının yüz illiyi münasibətilə respublikanın hər yerində silsilə tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyaının işçiləri tərəfindən təşkil edilmişdir.
Belə ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin və Şəki rayon komitəsinin birgə təşkilatçılığı ilə Ulu öndərin yüz illiyi münasibətilə konfrans keçirildi. Tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Şəki şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika komitəsinin zonalardakı nümayəndələri, Şəki rayon təhsil işçiləri həmkarlar komitəsinin rəhbəri Ziyafət Xasıyeva, Şəki Regional Təhsil idarəsinin rəhbərliyindən Günay Mahmudova və s. iştirak edirdilər.
Konfrans öz işinə Şəki şəhər Heydər Əliyev mərkəzinin qarşısında ucaldılmış möhtəşəm abidəsi önünə tər çiçəklər qoymaqla başlanıldı. Daha sonra Dövlət himni oxundu, sonra Ulu öndərin və Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. İlk söz Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadəyə verildi. Mirzə müəllim Ümummilli lider Heydər Əliyevin fenomen bir şəxsiyyət olmasından söhbət açaraq, həmkarlar ittifaqının işində də böyük rolu olduğunu söylədi:bir zamanlar sovetlər birliyi dövrünün sonları, həmkarlar ittifaqını lazımsız bir təşkilata çevirmək istəyirdilər. Ancaq Ümummilli lider Heydər Əliyev bu qurumun nə qədər vacib bir sahə olduğunu önə çəkmiş və bu gün bizim sahənin gördüyü işlər göz qabağındadır. Ulu öndərin böyük siyasəti 44 gün davam edən Vətən müharibəsində də, özünü göstərdi. Bizim təhsil işçilərindən 760 nəfəri Vətən müharibəsində iştirak etdilər. Həmkarlar Konfederasiyası qəhrəman müəllimlərimizin həyat və döyüş yolundan bəhs edən “Qəhrəman Təhsil İşçiləri” adlı kitab da, çap edərək oxucuların istifadəsinə verib. Bu gün burada həmin kitabın da, təqdimatı olacaqdır.”
Daha sonra tədbirdə Şəki regional təhsil idarəsindən, Qax, Zaqatala, İsmayıllı və s. rayonların təhsil işçiləri həmkarlar komitəsi və müəllimlərin çıxışları oldu. Tədbirin rəsmi hissəsi bitdikdən sonra Gənc Heydərçilərin çıxışları ilə bədii hissə də, başladı. Məktəblilərin Ümummilli liderə həsr edilmiş şer və mahnılar ifa etmələri, milli musiqi, Qarabağ şikəstəsi və s. mahnıları ifa edənlər tədbir iştirakçılarını feyziyab etdilər. Sonda Heydər Əliyevin yüz illiyi ilə bağlı yazılmış İnşa müsabiqəsinin qaliblərinə mükafatlar da verildi.
Sonda Mirzə müəllim tədbiri belə yüksək səviyyədə təşkil etdiklərinə görə Ziyafət Xasıyevaya və Şəki şəhər icra hakimiyyətinin rəhbərliyinə xüsusi minnətdarlığını bildirdi.
Əlmaniz Ələkbərli
Azərbaycan Yazıçılar Və
Jurnalistlər Birliyinin Üzvü
414