• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan və Sloveniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

4-05-2023, 17:00 | Baxılıb: 180
“Azərbaycan və Sloveniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun Sloveniyaya işgüzar səfəri çərçivəsində hər iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi baş tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Diaspor.info-ya bildiriblər ki, məsləhətləşmələr zamanı Sloveniya tərəfini siyasi və çoxtərəfli məsələlər, iqtisadi diplomatiya və inkişaf sahəsində əməkdaşlıq üzrə dövlət katibi Samuel Jboqarın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tərəflər hazırkı siyasi məsləhətləşmələrin Azərbaycan və Sloveniya arasında təmasların intensivləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb etdiyini qeyd edərək, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və bu əlaqələrin şaxələndirilməsi istiqamətində atıla biləcək addımları müzakirə ediblər.

İki ölkə arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün birgə səylərin səfərbər edilməsinin vacibliyi vurğulanıb.

Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri, ticarət-iqtisadi, humanitar, enerji və investisiya sahələrində əməkdaşlığın inkişafı, qarşılıqlı səfərlərin təşkili məsələləri müzakirə olunub. Siyasi dialoqun davamlı şəkildə aparılmasının vacibliyi vurğulanıb. Eyni zamanda, tərəflər iki ölkə arasında beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsinin əhəmiyyətinə toxunublar. Hüquq-müqavilə bazasının genişləndirilməsi məsələsinə baxılıb.Xələf Xələfov postmünaqişə mərhələsi və bölgədəki cari vəziyyət, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi və doğurduğu fəsadlar, həyata keçirilən bərpa və quruculuq işləri, ərazilərin gələcək inkişafı planları barədə həmkarına məlumat verib.

Azərbaycan Mina Təmizləmə Agentliyi (ANAMA) ilə Sloveniya Respublikasının “İTF İnsan Təhlükəsizliyinin Artırılması” təşkilatı arasında mövcud uğurlu əməkdaşlıq əlaqələri və bu əlaqələrin daha da genişləndirilməsi perspektivlərinə toxunulub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində nazir müavini X.Xələfovun, həmçinin Sloveniya Respublikası Prezidentinin Xarici siyasət üzrə müşaviri Miriam Mojqan və Milli Təhlükəsizlik üzrə müşaviri Nataşa Dolents, Sloveniya Respublikasının Baş nazirinin Ofisinin Beynəlxalq məsələlər üzrə dövlət katibi Voyko Volk, Sloveniya Respublikasının Milli Assambleyasının vitse-prezidenti Daniyrl Krivets ilə ikitərəfli görüşləri keçirilib.

Keçirilmiş görüşlərdə Azərbaycan və Sloveniya arasında ənənəvi dostluq əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb, regional vəziyyət, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sloveniya tərəfi Azərbaycanın Cənubi Qafqaz regionunda sülh gündəliyinin reallaşması istiqamətində səyləri və addımları barədə ətraflı məlumatlandırılıb. İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri, əhalinin öz yurdlarına qayıtması istiqamətində icra olunan layihələr, Qarabağın erməni əhalisinin Azərbaycanın hüquqi, iqtisadi və sosial mühitinə reinteqrasiyası ilə bağlı atılan addımlar qarşı tərəfin diqqətinə çatdırılıb.скачать dle 10.6фильмы бесплатно


180

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb
Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.