• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Heydər Əliyevin xatirəsinə həsr olunmuş klassik musiqi gecəsi keçirilib

6-05-2023, 10:30 | Baxılıb: 167
“Heydər Əliyevin xatirəsinə həsr olunmuş  klassik musiqi gecəsi keçirilib

Heydər Əliyevin xatirəsinə həsr olunmuş
klassik musiqi gecəsi keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi gecəsi keçirilib. Tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, bir sıra dövlət qurumlarının rəhbərləri, Milli Məclisin deputatları, paytaxt ictimaiyyətinin nümayəndələri, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatının nümayəndələri, elm və mədəniyyət xadimləri və çoxsaylı qonaqlar iştirak ediblər.
Qeyd olunub ki, Ulu Öndərin Azərbaycanda hakimiyyətə gəldiyi ilk illərdə onun təşəbbüsü ilə mədəniyətin bir çox sahələrinə, o cumlədən klassik və simfonik musiqiyə insanların marağının və bu sahədə biliklərinin artırılması, bu musiqini geniş tamaşaçı kütləsinə sevdirmək məqsədi ilə Dövlət Filarmoniyasında respublikanın dövlət xadimləri, xalq təsərrüfatının bütün sahələrinin rəhbər işçilərinin, elm və mədəniyyət xadimlərinin, partiya, həmkarlar ittifaqları və komsomol sahələrində çalışanların, bir sozlə o vaxtkı siyasi elitanın iştirakı ilə klassik musiqi gecələri təşkil olunurdu. Dünya və Azərbaycan bəstəkarlarının simfonik və klassik əsərləri səslənən bu gecələrdə Ulu Öndər hər zaman özü, çox vaxt isə ailə üzvləri ilə birlikdə iştirak edirdi.
Ulu Öndərin 100 illik yubileyi ərəfəsində onun əziz xatirəsinə bir ehtiram olaraq, həm də ötən əsrin 70-ci illərindəki klassik musiqi gecələrini xatirələrdə əks etdirən və Ulu Öndər Heydər Əliyevin ən çox sevdiyi klassik əsərlərin yer aldığı proqram təşkil olunub. Bu klassik musiqi gecəsi həmçinin Ulu Öndərin əziz xatirəsinə ehtiramın musiqi dilində ifadəsi olub.
İlk olaraq Mustafa Mehmandarovun dirijoru olduğu Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri Üzeyir Hacıbəylinin "Koroğlu" operasından "Uvertyura" ifa edib.
Daha sonra orkestrin və Xalq artisti Gülbacı İmanovanın rəhbəri olduğu Azərbaycan Dövlət Xor Kapellasının müşayiətləri ilə dünya şöhrətli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Müslüm Maqomayev, Cahangir Cahangirov, Arif Məlikov, Niyazi, Vasif Adıgözəlov, Kamal, Sevil Əliyeva, Ruslan Zeynalov və başqalarının ölməz əsərləri və xalq mahnıları Xalq artistləri Fidan Hacıyeva, Azər Zeynalov, Əməkdar artistlər Ramil Qasımov, İlham Nəzərov, Anar Şuşalı, Ceyla Seyidova, Xəyyam Mustafazadə, Afaq Abbasova, Sahib Paşazadə və tanınmış ifaçı Amil Həsənoğlu tərəfindən səsləndirilib.
Tamaşaçılara unudulmaz anlar bəxş edən konsert çox təsirlı və yaddaqalan keçib və alqışlarla qarşılanıb.



BŞİH-nin mətbuat xidmətiскачать dle 10.6фильмы бесплатно


167

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib
Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb
DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb
Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur
Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib
Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Azərbaycan lideri Somali Prezidentinə təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar

ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib

Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.