• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Peru mətbuatında Zəngəzur dəhlizinin bölgə ölkələri üçün vacibliyindən yazılıb

5-06-2023, 23:00 | Baxılıb: 195
“Peru mətbuatında Zəngəzur dəhlizinin bölgə ölkələri üçün vacibliyindən yazılıb

Perunun aparıcı mətbu orqanı olan rəsmi dövlət qəzeti “El Peruano”da bu ölkədəki səfirimiz Məmməd Talıbovun müsahibəsi nəşr olunub.
Səfirlikdən Diaspor.info-ya bildirilib ki, müsahibə zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi, sülh sazişi üzrə danışıqlar, eləcə də regionda cari vəziyyət haqqında ətraflı məlumat verilib, Brüsseldə aparılan danışıqlar zamanı Ermənistan tərəfinin Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağ bölgəsini və hələ də işğal altında olan 8 anklavı tanıdığını etiraf etdiyi qeyd olunub.
Regionda bütün kommunikasiyaların bərpa edilməsinin, o cümlədən Zəngəzur dəhlizinin açılmasının bölgə ölkələri üçün vacibliyi vurğulanıb.
Müsahibədə Azərbaycan ərazisində hər hansı bir qanunsuz silahlı birləşmənin mövcudluğunun yolverilməzliyinə diqqət çəkilib və ermənilərin Laçın yolu ilə Qarabağa silah-sursat daşımalarının qarşısını almaq məqsədilə ölkəmizin suveren ərazisində nəzarət-buraxılış məntəqəsinin yaradıldığı qeyd olunub.
Həmçinin Qarabağda yaşayan erməni əhalisinin reinteqrasiyası prosesinə toxunulub, onların Azərbaycanın Konstitusiyası və ölkəmizin qanunvericiliyinə hörmətlə yanaşmalı olduğu bildirilib.
Sonda Azərbaycan ilə Peru arasında münasibətlərin həm ikitərəfli, həm də beynəlxalq müstəvidə uğurla davam etdiyi, müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı üçün geniş potensialın mövcud olduğu və Perunun Bakıdakı səfirliyinin işinin bərpasının dost ölkələrimiz arasında əlaqələrin gələcək qarşılıqlı faydalı inkişafına mühüm təkan verəcəyi vurğulanıb.скачать dle 10.6фильмы бесплатно


195

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub
Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb
Milli Məclisin növbəti plenar iclası keçirilir
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Prezident İlham Əliyev: ABŞ Azərbaycanın uzun illərdən bəri enerji sahəsində sadiq tərəfdaşıdır

“Qardabani Təhsil və İnteqrasiya Mərkəzi”ndə 2024–2025-ci tədris ilinin yekun tədbiri keçirilib

Ceyhun Bayramov Xankəndidə pakistanlı həmkarı ilə regional məsələləri müakirə edib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.