• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan deputatı AŞPA-nı Ermənistanın əsir götürdüyü əsgərlərimizin azad edilməsinə dəstək verməyə çağırıb

24-06-2023, 09:30 | Baxılıb: 96
“Azərbaycan deputatı AŞPA-nı Ermənistanın əsir götürdüyü əsgərlərimizin azad edilməsinə dəstək verməyə çağırıb

“Transmilli repressiya, qanunun aliliyinə və insan hüquqlarına artan təhlükə” adlı məruzədə qeyd olunmayan transmilli repressiyaların ən dəhşətli nümunələrindən biri etnik təmizləmədir. Azərbaycan xalqı ötən iki əsr ərzində silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürmə və soyqırımlarından böyük əziyyət çəkib.
1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə Ermənistanın dövlət orqanları tərəfindən azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə sistemli xarakteri ilə seçilir. Çünki bütün bu kütləvi etnik təmizləmə Ermənistan dövlətinin birbaşa göstərişi ilə həyata keçirilib.
Diaspor.info xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Kamal Cəfərov qurumun yay sessiyasında “Transmilli repressiya, qanunun aliliyinə və insan hüquqlarına artan təhlükə” adlı məruzənin müzakirəsi zamanı çıxışında Qərbi Azərbaycan məsələsindən danışarkən ifadə edib.
“Erməni həmkarım girovlarla bağlı danışıqlara istinad etdi. Bu ilin aprelində Azərbaycan Ordusunun əsgərləri Aqşin Bəbirov və Hüseyn Axundov Ermənistan tərəfindən əsir götürülüb.
Aydın görünür ki, yerli erməni sakinlər və hərbçilər azərbaycanlı əsgərə işgəncə verirlər. Sonradan onlar üçün səhnələşdirilmiş məhkəmə düzəldib saxta hökm çıxarıblar. Hüseyn 20 il müddətinə azadlıqdan məhrum edilib. Bunun özü də azərbaycanlılara və Azərbaycana qarşı törədilən etnik təmizləmə siyasətinin daha bir nümunəsidir”, - deyə K. Cəfərov bildirib. O, Ermənistan tərəfindən əsir götürülmüş Aqşin Bəbirovdan və Hüseyn Axundovdan hansısa danışıq üçün alət kimi istifadə olunmaması üçün avropalı deputatları azərbaycanlı əsgərlərin azad edilməsini dəstəkləməyə çağırıb.Azərbaycanlı deputat Assambleyada Laçın dəhlizi ilə bağlı məruzəyə də toxunub. Sənədin qərəzli olduğunu deyən deputat vurğulayıb: “Dünən AŞPA Laçın sərhəd-keçid məntəqəsi ilə bağlı qərəzli, yersiz və vaxtsız qətnamə qəbul etdi. Hesab edirəm ki, dünən AŞPA buradakı azərbaycanlı və erməni deputatlar arasına sülh yaratmaq kimi tarixi şansını itirdi, bizi daha da yaxınlaşdırmaqdansa, daha çox düşmən etdi. Bu, AŞPA üçün itirilmiş bir imkan oldu. Digər tərəfdən Laçın sərhəd-keçid məntəqəsinə pilot layihə kimi baxılmamalıdır. Ermənistanın baş naziri Paşinyan da Zəngəzur dəhlizinin açılması, erməni silahlı qüvvələrinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən tamamilə çıxarılması barədə öhdəlik götürüb və bu öhdəliyi icra etməlidir”,- deyə K. Cəfərov diqqətə çatdırıb.скачать dle 10.6фильмы бесплатно


96

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Şoyqu: "Əks-hücum əməliyyatlarının əhəmiyyətli nəticələri yoxdur, Ukrayna məhvə doğru gedir"
İsveçrə Almaniyaya 25 ədəd “Leopard 2” tankı satacaq
Türkiyə lideri: "Azərbaycan Ordusu Xocalıya sülh və əmin-amanlıq gətirmək üçün daxil olub"
Ərdoğan Zəngəzur dəhlizi ilə bağlı Ermənistana xəbərdarlıq edib və yeni marşrutu açıqlayıb
Ermənistandan tibbi heyətin olduğu helikopterin Qarabağa daxil olması təmin edilib
Hikmət Hacıyev: “Azərbaycanın bir sıra rayonlarının xəstəxanaları Xankəndidən pasiyent qəbul etməyə hazırdır”

Şoyqu: "Əks-hücum əməliyyatlarının əhəmiyyətli nəticələri yoxdur, Ukrayna məhvə doğru gedir"

İsveçrə Almaniyaya 25 ədəd “Leopard 2” tankı satacaq

Türkiyə lideri: "Azərbaycan Ordusu Xocalıya sülh və əmin-amanlıq gətirmək üçün daxil olub"

Ərdoğan Zəngəzur dəhlizi ilə bağlı Ermənistana xəbərdarlıq edib və yeni marşrutu açıqlayıb

Ermənistandan tibbi heyətin olduğu helikopterin Qarabağa daxil olması təmin edilib

Hikmət Hacıyev: “Azərbaycanın bir sıra rayonlarının xəstəxanaları Xankəndidən pasiyent qəbul etməyə hazırdır”

Türk Dövlətləri Diaspor Gənclərinin I Forumunun ilk panelində “Heydər Əliyev və Türk Dünyası” mövzuzundan bəhs edilib

Xankəndi yaxınlığındakı partlayışda 20 nəfər ölüb, 290 nəfər yaralanıb

Qarabağda müsadirə edilən döyüş texnikası, silah və sursatın sayı açıqlanıb

“Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi təmin olunur

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.