Şimali Karolinadakı Aziz Sancar Mərkəzində Azərbaycan icması ilə görüş keçirilib
ABŞ-ın Çapel Hill (Chapel Hill) şəhərində yerləşən Aziz Sancar adına Türk Mədəniyyət Mərkəzində Şimali Karolina ştatında yaşayan Azərbaycan icması ilə görüş və ölkəmizə həsr olunmuş “Azerbaijan – My Land, My Soul” (“Azərbaycan – torpağım, ruhum”) adlı rəsm sərgisi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Şimali Karolina ştatında fəaliyyət göstərən Azərbaycan Dostluq Təşkilatı tərəfindən təşkil olunan tədbirdə Komitənin, Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşları, yerli ictimaiyyətin, türk icmasının nümayəndələri və güneyli azərbaycanlılar iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bütün türk dünyasının fəxri olan Nobel mükafatçısı Aziz Sancarın adını daşıyan mərkəzin Azərbaycan diasporuna dəstəyini yüksək qiymətləndirib, şəhər merinin də qatıldığı Azərbaycanın Zəfər bayramının birinci ildönümü ilə bağlı təntənəli mərasimin və digər tarixi günlərimizə həsr olunmuş tədbirlərin mərkəzdə keçirildiyini buna bariz nümunə göstərib. ABŞ və Türkiyə arasında dostluq əlaqələrinin inkişafına töhfələr verən mərkəzin eyni zamanda Amerika cəmiyyətinə inteqrasiya etmək istəyən fərdləri dəstəklədiyinə diqqəti cəlb edib.
Sonra Komitə sədri Azərbaycanın böyük dostu və dünya şöhrətli alim Aziz Sancara və Minnesota-Azərbaycan Assosiasiyasının rəhbəri Günel Krişnana təltif olunduqları “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medallarını təqdim edib.
Aziz Sancar və Günel Krişnan fəaliyyətlərinin yüksək qiymətləndirilməsinə görə Azərbaycan dövlətinə təşəkkürlərini bildiriblər. “Azərbaycan – mənim Vətənimdir”, - deyə Aziz Sancar çıxışında söyləyib.
Tədbirdə çıxış edən Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbal diaspor təşkilatının həyata keçirdiyi layihələrdən danışıb, fərdi sərgiləri təşkil olunan güneyli soydaşlarımız - Şimali Karolina ştatında yaşayan azərbaycanlı rəssamlar Lalə Bağırzadə (Laleh Bağherzadi) və Bəhram Yusifinin (Bahram Yosifi) tarixi vətənləri Azərbaycana həsr etdikləri əsərləri barədə qısa məlumat verib. Lalə Bağırzadə bildirib ki, məqsədi Azərbaycan mədəniyyətini Şimali Karolina ştatında yaşayan butun icmalara təqdim etməkdir. “Burada ölkəmizi tanımayanlara xalqımızın mədəniyyətinin, adət-ənənələrinin zənginliyini göstərmək istəyirəm”, - deyə rəssam vurğulayıb.
Komitənin adından azərbaycanlı rəssamlara “Xarı bülbül” və kələğayı dəsti hədiyyə olunub.Sərgidə nümayiş olunan rəsm əsərləri tədbir iştirakçılarında, o cümlədən yerli ictimaiyyətin nümayəndələrində böyük maraq doğurub.
Sərgi “City Ligths Jazz” musiqi qrupunun çıxışı ilə davam edib. Qeyd edək ki, Azərbaycan əsilli Lalə Bağırzadə (Laleh Bağherzadi) Urmiya Universitetinin və Şimali Karolina Dövlət Universitetinin məzunudur. ABŞ-ın Kənd Təsərrüfatı Departamentinin Roli (Raleigh) bölgəsində bitki fizioloqu vəzifəsində çaışır. O, ABŞ-da həm də rəssamlıq arzusunu həyata keçirib. 2020-ci ildə Nyu-York şəhərində keçirilmiş “Biz hamımız zəncirlənmişik” adlı rəsm sərgisində ilk mükafatını qazanıb. ABŞ-da fəaliyyət göstərən Azərbaycan diasporunun tədbirlərində fəal iştirak edən Lalə Bağırzadə bir sıra tədbirlərin aparıcısı olub. Bəhram Yusifi İranın Piranşəhr şəhərində doğulub. Bakalavr mərhələsində təhsilini qrafika və rəssamlıq ixtisası üzrə alıb, sonra Tehrandakı İncəsənət Universitetində şərqşünaslıq üzrə magistraturanı bitirib. Ömrünün 23 ilini rəssamlıq sənətinə həsr edib, məktəblərdə və müxtəlif müəsssisələrdə rəssamlığı tədris edib. Hiss və duyğuların ifadəsi onun yaradıcılığının əsas xüsusiyyətlərindən biridir. 60-dan çox mükafata layiq görülüb.
Sancar Turkish Cultural and Community Center hosted a meeting of the Azerbaijani community members
The Chappell Hill based Sancar Turkish Cultural and Community Center hosted a meeting of the Azerbaijani community members living in North Carolina and an art exhibition “Azerbaijan - My Land, My Soul” dedicated to our country. Employees of the State Committee, officials of the Embassy of the Republic of Azerbaijan in the United States, representatives of the local communities and Turkish diaspora, as well as southern Azerbaijanis participated in the event organized by North Carolina based Azerbaijan Friendship Organization. State Committee rendered support to the event. Fuad Muradov, Chairman of the State Committee on Work with Diaspora, highly appreciated the support of the Turkish cultural center named after the Nobel laureate Aziz Sanjar, a pride of the entire Turkic world. It has been mentioned that it is not the first case, that this center renders support to the Azerbaijani diaspora members. Thus, this center hosted several events including a solemn ceremony on the first anniversary of Azerbaijan's Victory Day organized by our compatriots. “Beside contributing to the development of friendly relations between the United States and Türkiye, this center supports individuals who want to integrate into American society” told Fuad Muradov. Committee Chairman presented the medals of the Republic of Azerbaijan "For services in Diaspora activity" to Aziz Sanjar, a great friend of Azerbaijan and a world-renowned scientist, and Gunel Krishnan, head of Azerbaijani Association of Minnesota. Both Aziz Sanjar and Gunel Krishnan expressed their deep gratitude for fair evaluation of their activities. “Azerbaijan is my homeland”, mentioned Aziz Sanjar in his speech.
Adika Igbal, chairwoman of the Azerbaijan Friendship Organization, spoke about the projects implemented by the diaspora organization, and gave a brief information about the works of our southern compatriots - Azerbaijani artists Lala Baghirzade (Laleh Bagherzadi) and Bahram Yusifi (Bahram Yousifi). "My goal is to introduce Azerbaijani culture to all communities living in the state of North Carolina. Here, I want to show rich culture and traditions of our people to those who are not familiar with Azerbaijan," Lala Baghirzade told. Azerbaijani artists were presented with a set of "Khari bulbul" and "Kalagayi" on behalf of the State Committee. The art pieces displayed in the exhibition aroused great interest among the participants of the event, including representatives of the local community. The exhibition continued with the performance of the "City Lights Jazz" music group. It should be noted that Lala Baghirzade (Laleh Bagherzadi) of Azerbaijani origin is a graduate of Urmia University and North Carolina State University. She works as a plant physiologist at Raleigh region branch of the United States Department of Agriculture. Her dream of painting came true in the United States. In 2020, she won the first place at the "We Are All Chained" art exhibition held in New York City. Lala Baghirzade takes an active part in the events organized by the Azerbaijani diaspora operating in the United States. Bahram Yusifi was born in Piranshahr, Iran. He received his bachelor's degree in graphic arts and painting, and completed his master's degree in oriental studies at the Art University in Tehran. He devoted 23 years of his life to the art of painting and taught painting in schools and various institutions. The expression of feelings and emotions are distinctive features of his works. He is the owner of more than 60 awards.
В Центре Азиза Санджара в Северной Каролине состоялась встреча с азербайджанской общиной
В Турецком культурном центре имени Азиза Санджара, расположенном в американском городе Чапел-Хилл (Chapel Hill), состоялись встреча с азербайджанской общиной, проживающей в штате Северная Каролина, и художественная выставка под названием “Azerbaijan – My Land, My Soul” (“Моя земля, душа - Aзербайджан”), посвященная нашей стране.
В мероприятии, организованном Азербайджанской организацией дружбы, действующей в штате Северная Каролина, при поддержке Государственного комитета по работе с диаспорой, приняли участие сотрудники комитета, посольства Азербайджана в США, представители местной общественности, турецкой общины и южные азербайджанцы.
Поприветствовав участников встречи, председатель Государственного комитета пол работе с диаспорой Фуад Мурадов высоко оценил поддержку, оказываемую азербайджанской диаспоре центром, носящим имя лауреата Нобелевской премии Азиза Санджара, являющегося гордостью всего тюркского мира, отметил, что наглядным примером тому служит проведение в центре первой годовщины праздника Победы Азербайджана с участием мэра города и других мероприятий, посвященных нашим историческим датам. Он подчеркнул, что центр, вносящий вклад в развитие дружественных связей между США и Турцией, одновременно оказывает поддержку всем желающим интегрировать в американское общество.
Затем председатель комитета вручил большому другу Азербайджана, всемирно известному ученому Азизу Санджару и руководителю Ассоциации Миннесота-Азербайджан Гюнель Кришнан медаль Азербайджанской Республики “За заслуги в диаспорской деятельности”, которой они были удостоены. Aзиз Санджар и Гюнель Кришнан поблагодарили Азербайджанское государство за высокую оценку их деятельности. “Aзербайджан – моя Родина”, - сказал Азиз Санджар в своем выступлении.
Выступившая на мероприятии руководитель Азербайджанской организации дружбы Адика Игбал говорила о проектах, реализованных диаспорской организацией, вкратце рассказала о работах наших южных соотечественников – проживающих в штате Северная Каролина азербайджанских художников Лалы Багирзаде (Laleh Bağherzadi) и Бахрама Юсифи (Bahram Yosifi), персональные выставки которых организованы, посвященных исторической родине - Азербайджану.
Лала Багирзаде сказала, что цель заключается в представлении азербайджанской культуры всем общинам, проживающим в штате Северная Каролина. “Хочу показать здесь тем, кто не знаком с нашей страной, богатство культуры, обычаев и традиций нашего народа”, - отметила художница.
От имени комитета азербайджанским художникам были подарены “Xaрыбюльбюль” и комплект келагаи.
Представленные на выставке картин работы вызвали большой интерес у участников мероприятия, в том числе представителей местной общественности.
Выставка продолжалась выступлением музыкальной группы “City Ligths Jazz”.
Отметим, что уроженка Азербайджана Лала Багирзаде (Laleh Bağherzadi) является выпускницей Урмийского университета и Государственного университета Северной Каролины. Работает физиологом растений в регионе Роли (Raleigh) Департамента сельского хозяйства США. В США она также осуществила мечту стать художницей. Свою первую премию получила в 2020 году на проведенной в Нью-Йорке художественной выставке под названием “Bсе мы скованны цепью”. Aктивная участница мероприятий азербайджанской диаспоры в США, Лала Багирзаде была ведущей ряда мероприятий.
Бахрам Юсифи родился в иранском городе Пираншехр. Образование на ступени бакалавриата получил по специальности “Графика и живопись”, затем окончил магистратуру по специальности “Востоковедение” Университета искусств в Тегеране. 23 года жизни посвятил искусству живописи, преподавал эту дисциплину в школах и различных учреждениях. Выражение чувств и ощущений является одной из главных особенностей его творчества. Удостоен более 60 наград.