• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

İğdırda yeni məktəbəqədər təhsil müəssisəsinə Şuşa adı verilib

2-08-2023, 13:30 | Baxılıb: 252
“İğdırda yeni məktəbəqədər təhsil müəssisəsinə Şuşa adı verilib


Türkiyənin İğdır şəhərindəki Topçular məhəlləsində tikintisi başa çatmış yeni məktəbəqədər təhsil müəssisəsinə (anaokul) Şuşa adı verilib. İğdırdakı Heydər Əliyev adına Fənn Liseyinin qarşısında yerləşən bu uşaq bağşasına Azərbaycanın və türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərinin adının verilməsi təklifini diaspor fəalı, “Yeşil İğdır” qəzetinin baş redaktoru Cabbar Şıktaş irəli sürüb.
Baş redaktorun bu barədə İğdır valisi Hüseyn Engin Sarıibrahimə müraciəti təqdirlə qarşılanıb və Şuşa adının uşaq bağçasına verilməsi barədə qərar qəbul edilib.
İğdır valisi Hüseyn Engin Sarıibrahim bildirib ki, 44 günlük Zəfər savaşından sonra azadlığına qovuşan Qarabağın Şuşa şəhərində Türkiyə və Azərbaycan Prezidentləri Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin imzaladıqları Şuşa Bəyannaməsi ilə dünyaya çox anlamlı mesajlar verilib. “Bu il Şuşa şəhəri türk dünyasının mədəniyyət paytaxtı elan edililib. Heydər Əliyev Fənn Liseyinin qarşısında Şuşa adlı uşaq bağçasının olması gözəl fikirdir. Şuşa Uşaq Bağçası şəhərimizə xeyirli olsun!”, - deyə vali söyləyib.Cabbar Sıktaş qərara görə valiyə təşəkkürünü bildirib. 30 il işğal altında saxlanılan Şuşa şəhərinin Vətən müharibəsi və qardaş həmrəyliyi nəticəsində azad Şuşaya çevrildiyini xatırladıb. “Bir millət, iki dövlət” liderlərinin dosta güvən, düşmənə qorxu yaşatdığını xatırladan baş redaktor qeyd edib ki, Xocalı bizim ağrılarımızın ərşə çıxmasının rəmzi, Şuşa isə qələbəmizin, Vətən uğrunda gözlərini qırpmadan şəhadətə gedən igidlərimizin qəhrəmanlığının rəmzidir.
Qeyd edək ki, Topçular məhəlləsində inşa edilmiş Şuşa uşaq bağçası 8 sinif otağına malikdir və 160 yerlikdir. Məktəb müdiri Fatma Kurt bildirib ki, qəbul üçün hazırlıqlar davam edir.Şuşa uşaq bağçasının lövhəsi rəsmi prosedurlar başa çatdıqdan sonra asılacaq.скачать dle 10.6фильмы бесплатно


252

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib
Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar
Magistraturaya ixtisas seçimi başlayıb
Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib
Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycanda ötürücü sistem operatoru ilə bağlı qadağanın qüvvəyə minmə müddəti dəyişdirilib

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycanda ötürücü sistem operatoru ilə bağlı qadağanın qüvvəyə minmə müddəti dəyişdirilib

Azərbaycan diasporu Ukraynada milli-mənəvi dəyərlərimizi yaşadır

Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

Diplom tanınması ilə bağlı 358 müraciətə mənfi rəy verilib

Marneulidəki soydaşlarımızın təhsili diqqət mərkəzindədir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.