• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Hikmət Hacıyev: “Azərbaycan və Səudiyyə Ərəbistanı güclü strateji əlaqələri inkişaf etdirməyə çalışır”

3-08-2023, 10:30 | Baxılıb: 152
“Hikmət Hacıyev: “Azərbaycan və Səudiyyə Ərəbistanı güclü strateji əlaqələri inkişaf etdirməyə çalışır”

“Azərbaycan dost və qardaş dövlət kimi qəbul etdiyi Səudiyyə Ərəbistanı ilə güclü strateji əlaqələr qurmağa çalışır”.
Diaspor info xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Səudiyyə Ərəbistanının “Asharq Al-Awsat” qəzetinə müsahibəsində deyib.Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər dostluq, qardaşlıq və tərəfdaşlıq xarakteri daşıyır.“Azərbaycan xalqı qardaş ölkə Səudiyyə Ərəbistanının Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləməklə bağlı qəti mövqeyini yüksək qiymətləndirir. Öz növbəsində, Azərbaycan da Səudiyyə Ərəbistanına raket və pilotsuz uçuş aparatları ilə hücumları qeyd-şərtsiz pisləyir, bunları qəbuledilməz hesab edir”, - H.Hacıyev söyləyib.
Azərbaycan Prezidentinin köməkçisinin sözlərinə görə, Bakı ilə Ər-Riyad arasında münasibətlər yüksələn xətlə inkişaf edir.“Turizm bizim üçün vacib sahələrdən biridir: Azərbaycan ilə Krallıq arasında birbaşa uçuşların sayı artır”, - o bildirib.
Statistikaya görə, 2022-ci ildə Azərbaycana 100 minə yaxın Səudiyyə Ərəbistanı vətəndaşı səfər edib: “Biz əlaqələrdə daha da irəliləyiş olacağını gözləyirik, Səudiyyə Ərəbistanı ilə iqtisadi-ticarət sektorunda əməkdaşlığı daha da inkişaf etdirməyə, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi kimi sahələrdə investisiyaların və əlaqələrin artmasına çalışırıq”.əməkdaşlığı gözləyirik”, - o bildirib.
İranla münasibətlərlə bağlı sualı cavablandıran H.Hacıyev qeyd edib ki, İran Azərbaycanla qonşudur:“Azərbaycan qonşuları ilə ərazi bütövlüyünə, suverenliyə qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq prinsiplərinə əsaslanan münasibətlər qurur. Azərbaycan və İranı bir-birinə tarixi qonşuluq bağları bağlayır, lakin bu yaxınlarda Azərbaycanın İrandakı səfirliyinə edilən hücum və səfirlik əməkdaşının öldürülməsi münasibətlərimizdə gərginliyə səbəb olub. Bu gərginliyin aradan qaldırılması üçün xarici işlər nazirləri səviyyəsində dialoq davam edir”.
Qeyd edək ki, H.Hacıyevin Səudiyyə Ərəbistanına səfəri iki ölkə arasında ikitərəfli münasibətlərin möhkəmlənməsi və müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi və bunun üçün yeni imkanların araşdırılması planları fonunda reallaşıb.скачать dle 10.6фильмы бесплатно


152

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib
Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar
Magistraturaya ixtisas seçimi başlayıb
Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib
Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycanda ötürücü sistem operatoru ilə bağlı qadağanın qüvvəyə minmə müddəti dəyişdirilib

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycanda ötürücü sistem operatoru ilə bağlı qadağanın qüvvəyə minmə müddəti dəyişdirilib

Azərbaycan diasporu Ukraynada milli-mənəvi dəyərlərimizi yaşadır

Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

Diplom tanınması ilə bağlı 358 müraciətə mənfi rəy verilib

Marneulidəki soydaşlarımızın təhsili diqqət mərkəzindədir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.