• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ceyhun Bayramovun BƏM-in qərarı ilə bağlı məktubu BMT sənədi kimi yayılıb

3-08-2023, 20:00 | Baxılıb: 187
“Ceyhun Bayramovun BƏM-in qərarı ilə bağlı məktubu BMT sənədi kimi yayılıb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistan Azərbaycana qarşı məhkəmə işi Ermənistan tərəfindən irəli sürülmüş tələbin rədd olunması ilə bağlı 6 iyul tarixli qərarı ilə əlaqədar 21 iyul 2023-cü il tarixində BMT baş katibinə ünvanlandığı məktubu BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının sənədləri kimi yayılıb.
Diaspor info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.Məktubda, Ermənistanın tələbinin rədd olunması ilə bağlı yekdilliklə qəbul olunmuş bu qərarın bir daha Azərbaycanın öz ərazisində sərhəd keçid məntəqəsi təsis etməsinin onun suveren hüququ olduğunu təsdiqlədiyi diqqətə çatdırılıb. Ermənistanın Laçın yolundan hərbi məqsədlər, ölkəmizin təbii ehtiyatlarının daşınması, o cümlədən mina təhdidini davam etdirmək üçün sui-istifadəsinin qarşısını almaq məqsədilə, 23 aprel 2023-cü il tarixində Azərbaycanın Laçın sərhəd buraxılış məntəqəsini təsis etdiyi qeyd olunub. 15 iyun 2023-cü il tarixində Ermənistan tərəfindən törədilmiş təxribata qədər bu sərhəd keçid məntəqəsi vasitəsilə 2000-dən artıq erməni əsilli sakinin təhlükəsiz, şəffaf keçidinin təmin olunduğu bildirilib.
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması ilə nəticələnmiş hücumdan sonra, bu təxribatın səbəblərinin araşdırılması, sərhəd buraxılış məntəqəsinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan tərəfindən həyata keçirilən müvafiq tədbirlərin görülməsinin Ermənistan tərəfindən “blokada” kimi qiymətləndirilməsinin əsassız olduğu diqqətə çatdırılıb.
Azərbaycanın sərhəd keçid məntəqəsindən buraxılışla tənzimlənməsi istiqamətində göstərdiyi səylərə baxmayaraq, Ermənistan tərəfindən eyni təxribatın yenidən törədilməyəcəyi ilə bağlı zəmanət verilmədiyindən, hazırda Laçın yolundan yalnız Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə tibbi məqsədlər üçün istifadə olunduğu bildirilib.
Lakin erməni əsilli sakinlərin daha çox məhsulla təchiz olunması üçün tərəfimizdən Ağdam-Xankəndi yolundan istifadənin təklif edildiyi, Ermənistan tərəfindən isə bu təklifə etiraz olunduğu məktubda diqqətə çatdırılıb.Laçın yolundan istifadəyə məhdudiyyət törədən, habelə Ağdam-Xankəndi yolu ilə erməni sakinlərin təlabatlarının ödənilməsi təklifinə etiraz edən tərəfin Ermənistan olmasına baxmayaraq, Ermənistanın “Azərbaycan tərəfindən erməni sakinlərin blokadaya alınması” istiqamətində cəfəng iddialarla beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə davam etdiyi qeyd olunub.Məktubun sonunda, Azərbaycanın bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səylərə sadiq olduğu, bu xüsusda, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın da dayanıqlı sülhün əldə edilməsi səylərində konstruktiv yanaşma nümayiş etdirməyə çağırılmasının vacibliyi vurğulanıb.
скачать dle 10.6фильмы бесплатно


187

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib
Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar
Magistraturaya ixtisas seçimi başlayıb
Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib
Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycanda ötürücü sistem operatoru ilə bağlı qadağanın qüvvəyə minmə müddəti dəyişdirilib

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycanda ötürücü sistem operatoru ilə bağlı qadağanın qüvvəyə minmə müddəti dəyişdirilib

Azərbaycan diasporu Ukraynada milli-mənəvi dəyərlərimizi yaşadır

Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

Diplom tanınması ilə bağlı 358 müraciətə mənfi rəy verilib

Marneulidəki soydaşlarımızın təhsili diqqət mərkəzindədir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.