• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçilərinin və müstəqil ekspertinin Xankəndi-Laçın yolundakı vəziyyətlə bağlı yayılmış bəyanatına Ombudsmanın reaksiyası

8-08-2023, 12:30 | Baxılıb: 209
“BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçilərinin və müstəqil ekspertinin Xankəndi-Laçın yolundakı vəziyyətlə bağlı yayılmış bəyanatına Ombudsmanın reaksiyası

BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçilərinin və müstəqil ekspertinin Xankəndi-Laçın yolundakı vəziyyətlə bağlı yayılmış bəyanatına Ombudsmanın reaksiyası

Məlum olduğu kimi, insan hüquq və azadlıqlarının bəyan edildiyi təməl sənədlərindən biri olan Ümumdünya İnsan Hüquqları Bəyannaməsi özündə irqindən, cinsindən, dilindən, dinindən, mənşəyindən və siyasi əqidəsindən asılı olmayaraq, bütün insanların bərabərliyinin təmini və ayrı-seçkiliyin qadağan olunması prinsiplərini ehtiva edir.
Hesab edirik ki, bu sənəd BMT-yə üzv dövlətlərlə yanaşı, BMT-nin insan hüquq müdafiə mexanizmi sisteminə aid olan qurumların da əsas istinad mənbəyi olmalıdır.
Lakin 30 il ərzində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına, bir milyondan çox qaçqın və keçmiş məcburi köçkün insanların fundamental hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına, etnik təmizləmə, genosid və digər müharibə cinayətlərinə, itkin düşmüş dörd minə yaxın azərbaycanlının taleyinə, Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra keçmiş məcburi köçkünlərin öz doğma evlərinə geri qayıtmasına ciddi maneə olan mina terroruna hər hansı bir reaksiya verməyən, susqunluq nümayiş etdirən və ya bilərəkdən göz yuman BMT-nin xüsusi məruzəçilərinin və ekspertlərinin qərəzli siyasi məqsədlərə xidmət edən və həqiqəti əks etdirməyən bəyanatlar verməsi ilk olaraq BMT tərəfindən müəyyən edilmiş norma və prinsiplərin heçə sayılması və ikili standartlar kimi qiymətləndirilməlidir.
Bununla bağlı beynəlxalq və regional insan hüquq müdafiə təşkilatlarına ünvanladığımız bəyanatlara əlavə olaraq, bir daha diqqətə çatdırmaq istərdik ki, Xankəndi-Laçın yolunda humanitar məqsədlərlə nəqliyyat vasitələrinin və Qarabağda yaşayan erməni əsilli sakinlərin keçidinə heç bir maneə yoxdur və Azərbaycan “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həmin yolda təhlükəsiz keçidi təmin etməkdədir.
Bu gün Azərbaycan öz vətəndaşlarının hüquq və azadlıqlarının, təhlükəsizliyinin təmin edilməsi məqsədilə BMT tərəfindən tanınmış suveren ərazisində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi təsis edib. Eyni zamanda, Beynəlxalq Ədalət Məhkəməsi də özünün müvafiq qərarında bu addımın legitimliyini tanıyıb.
BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçilərini və müstəqil ekspertini bir daha öz fəaliyyətlərini BMT tərəfindən müəyyən edilmiş prinsiplərə uyğun həyata keçirməyə, ikili standandartlara yol verməməyə, regionda sülh quruculuğu prosesinə maneə törədən və vəziyyətin gərginləşməsinə şərait yaradan bəyanatlar verməkdən çəkinməyə, bölgədə davamlı olaraq təxribatlar törədən Ermənistana qarşı təsirli tədbirlər görməyə, Azərbaycanın sülh və təhlükəsizliyin təmin edilməsi üçün sərgilədiyi səylərə dəstək verməyə çağırırıq.


Səbinə Əliyeva
Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman)

08 avqust 2023-cü ilскачать dle 10.6фильмы бесплатно


209

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb
Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.