Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də Xalq artisti Rasim Balayevə “İstiqlal” ordenini təqdim edib.
Diaspor info xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Xalq artisti Rasim Balayev ilə söhbət edib.
Rasim Balayev: Salaməleyküm.
Prezident İlham Əliyev: Salam, xoş gördük.
Rasim Balayev: Mənim bir arzum var idi ki, Qarabağdan sonra, işlərinizdən sonra Sizi qucaqlayım. Çox şükür ki, bizə qismət oldu.Prezident İlham Əliyev: Sağ olun. Sizi ilk növbədə yubileyiniz münasibətilə təbrik edirəm. Sizə cansağlığı, yeni uğurlar arzulayıram.
Rasim Balayev: Çox sağ olun.
Prezident İlham Əliyev: Siz Azərbaycan xalqını öz sənətinizlə uzun illərdir ki, sevindirirsiniz. Fəaliyyətiniz çox məhsuldardır, onlarla filmdə çəkilmisiniz. Ümumiyyətlə, Azərbaycanın kino sənətinə çox böyük töhfə vermisiniz və bu fəaliyyət davam edir. Mən buna çox sevinirəm, çox şadam.
Rasim Balayev: Çox sağ olun.
Prezident İlham Əliyev: Siz, eyni zamanda, ölkəmizin ictimai həyatında da çox fəalsınız. Çox dəyərli fikirləriniz ölkəmizin ümumi inkişafına dəstəkdir. Təbii ki, sizin kino fəaliyyətiniz Azərbaycan xalqı üçün Babək, Nəsimi obrazları ilə də bağlıdır. Xalq qəhrəmanımız Babəkin, dahi şairimiz Nəsiminin obrazlarını siz canlandırmısınız və Azərbaycan xalqının təsəvvüründə də onlar elə sizin obrazınızdır.Prezident İlham Əliyev: Çox sağ olun, Rasim müəllim.Rasim Balayev: Biz həmişə dövlətimizin, dövlətçiliyimizin arxasındayıq və gələcək işlərimizdə Sizin bu diqqətinizə layiq olmağa çalışacağıq. Mən inanıram ki, Sizin və xalqımızın sevdiyi filmləri yenidən çəkəcəyik.
Prezident İlham Əliyev: Çox sağ olun.
***
Dövlətimizin başçısı “İstiqlal” ordenini Rasim Balayevə təqdim edib.