İsveçrədə “Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsinə start verilib
İsveçrədə Azərbaycan Diasporuna Dəstək Fondunun “Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsinə start verilib.
7-13 avqust 2023-cü il tarixində gerçəkləşdiriləcək layihə çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş Ağdam, Şuşa, Laçın, Cəbrayıl, Füzuli, Zəngilan şəhər məktəblərinin şagirdləri İsveçrədə fəaliyyət göstərən “Qarabağ” həftəsonu məktəbinin şagirdləri ilə birlikdə “Juvenat” düşərgəsində yerləşiblər. Layihədə Azərbaycandan 17 şagird və 2 müəllim, İsveçrədən 11 şagird və 2 müəllim iştirak edəcək. Düşərgəyə “Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin rəhbəri Qasım Nəsirov rəhbərlik edir.
Şagirdlərin Qarabağın tarixi haqqında məlumatlandırılması, mədəni-maarifləndirici panellərdə iştirakı, Bern, Balenberq və digər şəhərlərin görməli yerləri ilə tanışlığı, İsveçrə parlamentinə, müxtəlif muzeylərə səfəri, təbiət gəzintiləri, əyləncəli oyunları və təcrübə mübadiləsi nəzərdə tutulub.
Xatırladaq ki, bu layihənin icrasına ötən ildən başlanılıb. Layihə çərçivəsində İsveçrədə fəaliyyət göstərən həftəsonu məktəbinin şagirdləri ilə məcburi köçkün və şəhid ailələrinin övladları 18-24 iyul 2022-ci il tarixində Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən “Cırtdan” Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində təlimlər keçiblər. Layihədə İsveçrədən 10 şagird və 2 təlimçi, yerli məktəblərdən 14 şagird və 2 təlimçi iştirak edib. Bir həftə ərzində mədəni-maarifləndirici panellərdə iştirak edən şagirdlərin ölkəmizin dilbər guşələrinə, muzeylərə səyahəti təmin edilmişdi. Eyni zamanda daimi kommunikasiya və şəbəkələşmə ilə yanaşı, Azərbaycan dili təlimləri keçirilmişdi. Bu layihə Prezident İlham Əliyevin ölkəmizin mədəniyyət paytaxtı Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı həftəsonu məktəblərinin açılması istiqamətində fəaliyyətin gücləndirilməsi, bütün Azərbaycan vətəndaşlarını birləşdirən Ana dilinin daim təbliğ olunması tövsiyələri çərçivəsində gerçəkləşdirilməkdədir.
Xatırladaq ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və tapşırığı ilə xarici ölkələrdə “Qarabağ məktəbləri”nin qurulması prosesinə başlanılıb. Fransanın Nant, İsveçrənin Bern, Polşanın Varşava, İsveçin Stokholm şəhərlərində həftəsonu məktəbləri fəaliyyətə başlayıb. Bu məktəblərin məqsədi azərbaycanlı uşaqlara ana dilini, ədəbiyyatını, tarixini, mədəniyyətini tədris etməklə yanaşı, milli kimliklərini qoruyub saxlamaq naminə ölkəmizlə bağlı həqiqətləri də onlara indidən aşılamaqdır.
В Швейцарии стартовал проект “Школы-побратимы “Карабах”
В Швейцарии стартовал проект Фонда поддержки азербайджанской диаспоры “Школы-побратимы “Карабах”.
В рамках проекта, подлежащего реализации 7-13 aвгуста 2023 года, учащиеся школ освобожденных от оккупации азербайджанских городов Агдам, Шуша, Лачин, Джебраил, Физули, Зангилан вместе с учащимися функционирующей в Швейцарии воскресной школы “Карабах” разместились в лагере “Juvenat”. В проекте примут участие 17 учащихся и 2 педагога из Азербайджана, 11 учащихся и 2 педагога из Швейцарии. Возглавляет лагерь руководитель “Культурного центра азербайджанцев в Швейцарии” Гасым Насиров.
Планируются информирование учащихся об истории Карабаха, их участие в культурно-просветительских панелях, ознакомление с достопримечательностями Берна, Баленберга и других городов, посещение парламента, различных музеев Швейцарии, прогулки на природе, развлекательные игры и обмен опытом.
Напомним, что реализация данного проекта началась в минувшем году. В рамках проекта учащиеся функционирующей в Швейцарии воскресной школы и дети из семей вынужденных переселенцев и шехидов 18-24 июля 2022 года прошли обучение в Республиканском детско-юношеском центре отдыха и здоровья “Джыртдан”, расположенном в поселке Шувелян Хазарского района Баку.
В проекте приняли участие 10 учащихся и 2 инструктора из Швейцарии и 14 учащихся и 2 инструктора из местных школ. Было организовано посещение учащимися, принимавшими участие в течение недели в культурно-просветительских панелях, живописных уголков и музеев нашей страны. Кроме того, наряду с коммуникационным и сетевым взаимодействием, были проведены занятия по азербайджанскому языку.
Данный проект реализуется в рамках высказанных Президентом Ильхамом Алиевым в ходе выступления на состоявшемся в культурной столице нашей страны Шуше V Съезде азербайджанцев мира рекомендаций об активизации деятельности, направленной на открытие воскресных школ, постоянной пропаганде родного языка, объединяющего всех граждан Азербайджана.
Напомним, что по инициативе и поручению Первого вице-президента Мехрибан ханым Алиевой начался процесс создания школ “Карабах” в зарубежных странах. Воскресные школы стали функционировать в городах Нант (Франция), Берн (Швейцария), Варшава (Польша), Стокгольм (Швеция). Цель этих школ заключается не только в обучении азербайджанских детей родному языку, литературе, истории, культуре, но и доведении до них реалий нашей страны во имя сохранения их национальной идентичности.
"Twinned Karabakh Schools" project has been launched in Switzerland
The "Twinned Karabakh Schools" project by the Fund for Support to Azerbaijani Diaspora has been launched in Switzerland.
Children studying at the schools of the recently liberated Aghdam, Shusha, Lachin, Jabrayil, Fuzuli and Zangilan districts have settled in the "Juvenat" camp together with the students of the "Karabakh" weekend school operating in Switzerland. 17 students and 2 teachers from Azerbaijan, as well as 11 students and 2 teacher from Switzerland participate in the project. "Cultural Centre of Azerbaijanis in Switzerland" Gasim Nasirov is in charge of the camp management. The attendees of the camp will be informed about the history of Karabakh, also will participate in cultural and educational panels, get acquainted with the remarkable sights of Bern, Barenberg and other cities. A camp program also includes a visit to the Swiss parliament, various museums, nature walks, fun games and exchange of experiences. It should be noted that the project started last year. Within the framework of the project, the students of the Karabakh weekend school operating in Switzerland and the children from the families of IDPs and martyrs' underwent training at the "Jirtdan" Republican Children's Recreation and Wellness Centre located in the Shuvelan settlement of the Khazar district of Baku city between the dates July 18-24, 2022.
Ten students and 2 trainers from Switzerland, 14 students and 2 trainers from local schools participated in the project. Students participating in cultural and educational panels visited charming corners of our country and museums. Along with constant networking, the children had a chance to improve their Azerbaijani language skills.
At the Fifth Congress of World Azerbaijanis held in Shusha, the cultural capital of our country, President Ilham Aliyev recommended to strengthen the activities in the direction of opening weekend schools and promote the mother tongue among the Azerbaijanis. This project can be considered an important step towards the implementation of the President’s recommendations.
It should be noted that establishment of "Karabakh schools" in foreign countries has been initiated and recommended by the First Vice-President Mehriban Aliyeva. The Weekend schools have already been launched in the cities of Nantes city of France, Bern city of Switzerland, Warsaw city of Poland, and Stockholm city of Sweden. The purpose of these schools is to teach Azerbaijani children their mother tongue, literature, history, and culture, and instil in them the truth about our country.