• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

ASEAN Parlamentlərarası Assambleyanın üzvləri Ermənistanın təxribatları barədə məlumatlandırılıb

10-08-2023, 23:00 | Baxılıb: 210
“ASEAN Parlamentlərarası Assambleyanın üzvləri Ermənistanın təxribatları barədə məlumatlandırılıb

Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) Parlamentlərarası Assambleyanın (AİPA) üzv ölkələri Ermənistanın qeyri-konstruktiv mövqeyi və təxribatları barədə məlumatlandırılıb.
Diaspor info-nun məlumatına görə, Milli Məclisin üzvü Kamran Bayramovun İndoneziyanın Cakarta şəhərində keçirilən ASEAN Parlamentlərarası Assambleyasının 44-cü yığıncağına qatılıb və çıxışı zamanı tədbir iştirakçılarına Cənubi Qafqazda cərəyan edən hadisələr, o cümlədən Ermənistanla münasibətlərin normallaşdırılması, ölkəmizin Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli sakinlərin cəmiyyətimizə reinteqrasiyası, bu prosesdə Ermənistanın qeyri-konstruktiv mövqeyi və təxribatları barədə məlumat verib.O həmçinin çıxışında Milli Məclisin ötən ilin oktyabrından AİPA-da müşahidəçi qismində təmsil olunduğu müddət ərzində qurumun üzvü olan parlamentlərlə əməkdaşlığın gücləndirilməsi sahəsində gördüyü işlərdən danışıb, Eyni zamanda “Parlament əməkdaşlığı: Sülh, sabitlik və tərəqqi naminə ortaq öhdəliklər” mövzusunda keçirilən Azərbaycan-AİPA dialoqu panelində iştirak edib, rəsmi Bakının BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlığı Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarda fəal iştirakından, verdiyi töhfələrdən və əldə etdiyi uğurlardan bəhs edib, panel iştirakçıları ilə AİPA-nın üzvü olan parlamentlərlə qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə edib, onların çoxsaylı suallarını cavablandırıb.
Qeyd edək ki, K.Bayramov tədbir çərçivəsində İndoneziya parlamentinin Nümayəndələr Palatasının sədri Puan Maharani ilə də görüşüb. Həmçinin “CNN Indonesia” televkanalına Azərbaycan və İndoneziya arasında əlaqələr, Milli Məclisin AİPA-nın üzv parlamentləri ilə əməkdaşlığı, Cənubi Qafqaz regionunda hazırkı vəziyyət ilə bağlı müsahibə verib. Eyni zamanda Vyetnam parlamentinin xarici əlaqələr komitəsinin sədri Vu Hay Ha ilə görüşüb, iki ölkə arasında parlamentlərarası əməkdaşlıq müzakirə olunub. Azərbaycan və Vyetnamın beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətindən və dəstəyindən məmnunluq ifadə olunub, gələcək perspektivlər və planlar geniş fikir mübadiləsi aparılıb.
скачать dle 10.6фильмы бесплатно


210

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb
Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.