• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru L.M.Okamponun Azərbaycan əleyhinə yaydığı əsassız və qərəzli “ekspert rəyi”nə Ombudsmanın reaksiyası

11-08-2023, 17:30 | Baxılıb: 168
“Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru L.M.Okamponun Azərbaycan əleyhinə yaydığı əsassız və qərəzli “ekspert rəyi”nə Ombudsmanın reaksiyası

Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru L.M.Okamponun Azərbaycan əleyhinə yaydığı əsassız və qərəzli “ekspert rəyi”nə Ombudsmanın reaksiyası
Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Luis Moreno Okamponun siyasi tapşırıqlar əsasında hazırladığı “ekspert rəyi”ndə yer almış fikirlər tamamilə əsassızdır və qərəzli xarakter daşıyır.
Müəmmalı və qaranlıq bir keçmişi ilə artıq özünə müvafiq bir imic yaratmış L.M.Okamponun Azərbaycan əleyhinə yazmış olduğu rəydə bilərəkdən istər hüquqi, istərsə də tarixi səhvlərə yol verilmişdir.
Azərbaycanın BMT tərəfindən tanınan əraziləri daxilində öz vətəndaşlarının, o cümlədən erməni millətindən olan vətəndaşlarının təhlükəsizliyini, hüquq və azadlıqlarını təmin etmək məqsədilə həyata keçirdiyi və legitimliyi beynəlxalq və regional təşkilatlar tərəfindən, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsinin müvafiq qərarı ilə tanınmış fəaliyyətin tamamilə təhrif olunmuş formada, beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə təqdim olunması cənab Okamponun hansı dairələrdən tapşırıq aldığını bir daha bəyan etmiş oldu.
Hüququn aliliyi prinsipini yaddan çıxaran Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroruna cəfəng və əsassız iddialarla guya Azərbaycanın Qarabağ iqtisadi zonasında genosid törədilmə ehtimalını irəli sürməkdənsə, yaxın keçmişimizdə məhz həmin bölgədə ermənilər tərəfindən törədilmiş Xocalı, Meşəli, Başlıbel və digər soyqrım cinayətlərini araşdırmağı, həmin cinayətlərin törədilməsində iştirak edən şəxslərin qəbulunda olarkən müzakirə etdiyi məsələləri açıqlamağı məsləhət görərdik.
Təəssüflə qeyd etmək istərdik ki, son vaxtlar Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru L.M.Okamponun timsalında bəzi “beynəlxalq ekspertlərin” hazırladıqları bəyanat və hesabatlarda Azərbaycana münasibətdə ikili standandartlara yol verilməklə, həqiqəti əks etdirməyən qərəzli fikirlərin yer almasında əsas məqsəd etnik nifrət zəminində qarşıdurmanın yaranmasına səbəb olmaqla, regionda davamlı sülhün təmininə, Qarabağın erməni əsilli əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyasına maneə törətməkdir.
Bu səbəbdən beynəlxalq təşkilatların təmsilçilərinə, habelə müstəqil ekspertlərə müraciət edərək, hər hansı münaqişə ilə bağlı araşdırma apararkən məsələnin mahiyyətini dərindən öyrənməyə, mövcud faktları təhrif etməməyə, xalqlar arasında münasibətlərin süni şəkildə gərginləşməsinə rəvac verən addımlardan çəkinməyə, ədalətli sülhün və davamlı təhlükəsizliyin təmini naminə göstərilən səyləri dəstəkləməyə dəvət edirik.

Səbinə Əliyevə
Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman)

11 avqust 2023-cü ilскачать dle 10.6фильмы бесплатно


168

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb
Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.