• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Monteneqronun “RTCG” kanalı: İnsanların Qarabağa qayıtması üçün ərazilərin minalardan təmizlənməsi mühüm şərtdir

13-08-2023, 09:00 | Baxılıb: 196
“Monteneqronun “RTCG” kanalı: İnsanların Qarabağa qayıtması üçün ərazilərin minalardan təmizlənməsi mühüm şərtdir

Monteneqronun “RTCG” radio-televiziya kanalı Qarabağdakı mina problemi, eləcə də burada aparılan bərpa və yenidənqurma işləri ilə bağlı reportaj yayımlayıb.
Diaspor info xəbər verir ki, Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfər edən telekanalın jurnalisti reportajda onilliklər ərzində Ağdam şəhərində döyüşlərin getdiyini və bu gün isə həmin bölgənin minalarla ən çox çirklənmiş ərazi olduğunu bildirir. Qeyd olunur ki, Ağdamın müharibədən əvvəl 40 min nəfər əhalisi olub. Bu gün isə demək olar ki, şəhərdə yaşayış yoxdur. Kənar şəxslərin bölgəyə daxil olması xüsusi icazə ilə mümkündür.
Vurğulanır ki, müharibə dövründə Qarabağın əhalisi öz evlərini tərk etmək məcburiyyətində qalıb. Hazırda Azərbaycan Hökuməti işğaldan azad olunan ərazilərdə yenidən məskunlaşmanı təmin etmək üçün bütün qüvvələrini səfərbər edib. İnsanların öz doğma yurd-yuvalarına qayıtması üçün ərazilərin minalardan tamamilə təmizlənməsi mühüm şərtdir.
“2020-ci ilin noyabrından indiyədək on minlərlə mina və partlayıcı sursat məhv edilib. Ərazilərin tez bir zamanda minalardan təmizləməsi üçün əlimizdən gələni edirik”, - deyə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Xaliq Zülfüqarov qeyd edib.
Videosüjetdə vurğulanır ki, minatəmizləmə prosesi hələ uzun müddət davam edəcək. Bu vaxtadək 80 mindən çox mina məhv edilib. Bununla yanaşı, minatəmizləmə prosesinə paralel olaraq bölgədə avtomobil yolları və yeni obyektlərin inşası aparılır.Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Araz İmanov telekanalın jurnalisti ilə söhbətində bildirib ki, işğal dövründə bu ərazilərdəki bütün binalar və infrastruktur obyektləri tamamilə dağıdılıb. Öz evlərini tərk etmək məcburiyyətində qalan vətəndaşlarımızın yurd-yuvalarına geri qayıtması üçün bərpa və yenidənqurma işləri görülür.
Reportajda hazırda bölgədə bəzi qəsəbələrin yenidən tikildiyi, ilk yaşayış məntəqələrinin qarşıdakı aylarda hazır olacağı bildirilir.скачать dle 10.6фильмы бесплатно


196

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb
Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.