• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ombudsman Aparatında ÜST nümayəndələri ilə görüş keçirilib

16-08-2023, 18:30 | Baxılıb: 232
“Ombudsman Aparatında ÜST nümayəndələri ilə görüş keçirilib

Ombudsman Aparatında ÜST nümayəndələri ilə görüş keçirilib

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkə nümayəndəliyinin regional məsləhətçisi Peter Hyus ilə görüş keçirib.
Görüşdə ÜST-nin ölkə nümayəndəliyi tərəfindən həyata keçirilən “Psixi sağlamlıq xidmətlərinin münaqişədən sonrakı dövrdə koordinasiyası və transformasiyası” adlı layihə barədə müzakirə aparılıb, həkimlərin, psixoloqların, sosial işçilərin postmüharibə dövründə əhaliyə psixoloji və sosial yardım göstərməsi üçün bilik və bacarıqlarının artırılması ilə bağlı görülən işlərə toxunulub. Eyni zamanda, müharibə veteranlarının, şəhid ailələrinin üzvlərinin, məişət zorakılığından zərər çəkən şəxslərin hüquqlarının təmini məqsədilə həyata keçirilən tədbirlərdən danışılıb.
A.Səfixanlı qonaqları Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın bu istiqamətdə fəaliyyəti, dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq əlaqələri barədə məlumatlandırıb. Ombudsmanın təşəbbüsü əsasında şəhid ailələri, müharibə veteranları, hərbi əməliyyatlar zamanı zərər çəkmiş mülki şəxslər üçün ödənişsiz tibbi-psixoloji yardım aksiyalarının təşkil edilidiyi, habelə 916 Çağrı Mərkəzinin müraciətlərin qəbulu ilə əlaqədar 24 saat fəaliyət göstərdiyi bildirilib. Əlavə edilib ki, Ombudsmanın regional mərkəzləri tərəfindən davamlı olaraq bu mövzuda əhali qrupları ilə iş aparılır, mütəmadi olaraq maarifləndirici tədbirlər təşkil olunur.
Bundan başqa, azad edilmiş ərazilərə səfər edən və ya orada çalışan çoxsaylı insanların Ermənistan tərəfindən basdırılmış mina və digər hərbi sursatların partlaması nəticəsində ağır bədən xəsarətləri aldığı, bu baxımdan həmin şəxslərə psixoloji dəstək göstərilməsinə və onların hüquqlarının təmininə diqqətin artırılmalı olduğu vurğulanıb.
Görüş zamanı Ombudsman Aparatı ilə ÜST arasında birgə əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.скачать dle 10.6фильмы бесплатно


232

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb
Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.