• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Praqa şəhərində Ermənistanın hərbi və ekoloji cinayətlərini ifşa edən məlumatlandırma aksiyası təşkil edilib

17-08-2023, 19:10 | Baxılıb: 202
“Praqa şəhərində Ermənistanın hərbi və ekoloji cinayətlərini ifşa edən məlumatlandırma aksiyası təşkil edilib

Praqa şəhərində Ermənistanın hərbi və ekoloji cinayətlərini ifşa edən məlumatlandırma aksiyası təşkil edilib
Çexiyanın paytaxtı Praqada Ermənistanın beynəlxalq ictimaiyyəti siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası üçün alətə çevirmək cəhdinə etiraz məqsədilə məlumatlandırma aksiyası keçirilib.
Şəhərin mərkəzində – BMT, UNİSEF, Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumların nümayəndəliklərinin yerləşdiyi Zelezna, 24 ünvanlı küçədə baş tutan məlumatlandırma aksiyası Azərbaycan icmasının fəalı Fərid Əmirəliyevin təşkilatçılığı ilə gerçəkləşdirilib.
Aksiya zamanı “Ermənistan, hücumları dayandır!”, “Ermənistan, sülh müqaviləsini imzala!”, “Ermənistan, bizim torpaqlarımızın minalanmasına son qoy!”, “Ermənistan sülhü deyil, müharibəni seçir”, “Erməni minaları mülki şəxsləri öldürür”, “Erməni minaları = hərbi cinayətlər!”, “Azərbaycan torpaqlarında Ermənistan əsgərləri olmamalıdır!” və sair şüarların əks olunduğu plakatlar nümayiş etdirilib.Azərbaycan muğamının və həzin musiqisinin səsləndirildiyi aksiya ilə maraqlanan paytaxt sakinlərinə Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi və ekoloji cinayətlərdən bəhs edən broşürlər paylanılıb. Azərbaycan bayrağının dalğalandırılmasını, Azərbaycan musiqisinin səsləndirilməsini, Ermənistanın hərbi və ekoloji cinayətlərini ifşa edən plakatların nümayişini və broşürlərin paylanmasını həzm edə bilməyən erməni əsilli sakinlərdən biri aksiyanın dayandırılması tələbi ilə çex polisinə müraciət edib. Lakin polis əməkdaşı aksiyanın yerli qanunlara uyğun olaraq keçirildiyini əsas gətirərək ermənin tələbini rədd edib. Qeyd edk ki, broşürlərdə Ermənistanın yolverilməz əməlləri nəticəsində Azərbaycan ərazilərində basdırılmış minaların insan həyatını təhdid etdiyi, 2020-ci il müharibəsindən indiyədək Azərbaycanda mina qurbanlarının sayının 303 nəfərə çatdığı, rəsmi İrəvanın mina xəritələri verməkdən imtinasının insan hüquqlarını pozduğu, erməni KİV-lərinin azərbaycanlılara qarşı pis rəftarla bağlı pərakəndə sübutları yaymasının III Cenevrə konvensiyasına zidd olduğu, bir neçə azərbaycanlı əsgərin girov götürülərkən fiziki, mənəvi işgəncələrə və təhqirlərə məruz qaldığı, Azərbaycanın Qarabağ bölgəsində 60 min hektardan çox meşə sahəsinin darmadağın edildiyi, çaylarımızın çirkləndirildiyi və sair faktlar nəzərə çatdırılıb.

Praqa şəhərində Ermənistanın hərbi və ekoloji cinayətlərini ifşa edən məlumatlandırma aksiyası təşkil edilib
Praqa şəhərində Ermənistanın hərbi və ekoloji cinayətlərini ifşa edən məlumatlandırma aksiyası təşkil edilib[/center]скачать dle 10.6фильмы бесплатно


202

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb
Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.