• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Prezident İlham Əliyev Tacikistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

18-08-2023, 18:00 | Baxılıb: 217
“Prezident İlham Əliyev Tacikistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmonun etimadnaməsini qəbul edib.
Diaspor info xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.Sonra səfirlə söhbət edən dövlətimizin başçısı Azərbaycan ilə Tacikistan arasında münasibətlərin qardaşlıq və dostluq xarakteri daşıdığını vurğuladı, hökumət üzvləri, parlamentlər, ictimai təşkilatlar xətti ilə daim təmasların və qarşılıqlı səfərlərin həyata keçirildiyini dedi.
Prezident İlham Əliyev Tacikistana dövlət səfərini məmnunluqla xatırladı, səfər çərçivəsində aparılmış müzakirələr zamanı müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində ardıcıl fəaliyyətin həyata keçirildiyini bildirdi. Dövlətimizin başçısı Tacikistana səfəri zamanı bu ölkənin və Düşənbənin inkişafının şahidi olduğunu vurğuladı.
Azərbaycan Prezidenti iqtisadiyyat, ticarət, nəqliyyat, logistika və digər sahələrdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün bir çox təşəbbüslərin olduğunu diqqətə çatdırdı, ölkələrimiz arasında tərəfdaşlıq əlaqələrinin möhkəmləndiyini qeyd etdi.
Prezident İlham Əliyev Azərbaycanın və Tacikistanın regionları arasında əməkdaşlığın və şəhərlərarası birbaşa əlaqələrin yaradılmasının vacibliyini bildirdi.
Səfir, ilk növbədə, Tacikistan Prezidenti Emoməli Rəhmonun salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Tacikistan Prezidentinə çatdırmağı xahiş etdi və Prezident Emoməli Rəhmonu Azərbaycana dövlət səfərinə dəvət etdi.
Səfir İlxom Abduraxmon dövlətimizin başçısının Tacikistana səfəri zamanı ikitərəfli əlaqələrin inkişafı baxımından çox vacib və səmərəli müzakirələrin aparıldığını vurğuladı, müxtəlif səviyyələrdə, o cümlədən parlament sədrlərinin səfərlərinin önəmini qeyd etdi, hökumətlərarası komissiyanın bu yaxınlarda iclasının keçirildiyini xatırladı, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiyini vurğuladı.
İlxom Abduraxmon Bakı ilə Düşənbə arasında birbaşa aviareyslərin açılmasının turizm sahəsində əməkdaşlığımızın inkişafına ciddi təkan verəcəyini qeyd etdi. O, Azərbaycanın sürətli inkişafının, Bakının gözəlliyinin və şəhərin memarlıq üslubunun onda dərin təəssürat hissi yaratdığını dedi.скачать dle 10.6фильмы бесплатно


217

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb
Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.