• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Prezident İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

18-08-2023, 19:00 | Baxılıb: 244
“Prezident İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sin Xon Çxolun etimadnaməsini qəbul edib.
Diaspor info xəbər ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.
Qəbula görə dövlətimizin başçısına təşəkkürünü bildirən səfir Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının Sədri Kim Çen Inın salamlarını Prezident İlham Əliyevə çatdırdı.Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarının Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının Sədrinə çatdırmağı xahiş etdi.Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə təbriklərini çatdıran səfir xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1985-ci ildə Koreya Xalq Demokratik Respublikasına səfərinin məmnuniyyətlə xatırlandığını bildirdi. O, Azərbaycanın və Koreya Xalq Demokratik Respublikasının beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığının vacibliyini vurğuladı, iki ölkənin parlamentləri, eləcə də Yeni Azərbaycan Partiyası ilə Koreya Xalq Demokratik Respublikasının Əmək Partiyası arasında əməkdaşlığın inkişaf etdirilməsinin önəmini qeyd etdi. Sin Xon Çxol Azərbaycanın neft-qaz sahəsində zəngin təcrübəsini nəzərə alaraq, Koreya Xalq Demokratik Respublikasından olan tələbələrin Azərbaycanda bu sahədə təhsil almasının vacibliyini diqqətə çatdırdı.Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin qarşılıqlı maraq doğuran sahələrdə gələcəkdə də inkişaf edəcəyinə əminliyini bildirdi. Ulu Öndər Heydər Əliyevin 1985-ci ildə Koreya Xalq Demokratik Respublikasına səfərini xatırladan Prezident İlham Əliyev bu səfərin sonrakı illərdə - Ümummilli Liderin müstəqil Azərbaycana rəhbərliyi dövründə Koreya Xalq Demokratik Respublikası ilə əlaqələrin inkişafına təkan verdiyini qeyd etdi.
Prezident İlham Əliyev Qoşulmama Hərəkatının 2019-cu ildə Azərbaycanda keçirilən Zirvə görüşü çərçivəsində Koreya Xalq Demokratik Respublikasının yüksək səviyyəli nümayəndə heyəti ilə görüşünü məmnunluqla xatırladı, Qoşulmama Hərəkatı, BMT və digər beynəlxalq təşkilatçılar çərçivəsində ölkələrimiz arasında əlaqələri diqqətə çatdırdı.
Dövlətimizin başçısı parlamentlər, hakim partiyalar arasında münasibətlərin və mədəni əlaqələrin genişləndirilməsinin vacibliyini vurğuladı.скачать dle 10.6фильмы бесплатно


244

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb
Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.