• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Prezident İlham Əliyevin Budapeştə səfəri Macarıstan KİV-lərində geniş işıqlandırılıb

21-08-2023, 11:00 | Baxılıb: 259
“Prezident İlham Əliyevin Budapeştə səfəri Macarıstan KİV-lərində geniş işıqlandırılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri bu ölkə KİV-lərində geniş işıqlandırılıb.
Diaspor info xəbər verir ki, yerli mətbuatda yayımlanan xəbərlərdə dövlətimizin başçısının səfər çərçivəsində Macarıstanın Baş naziri Viktor Orban ilə görüşünə geniş yer verilib.“Origo”, “Pesti Stacok”, “Baon”, “24.hu”, “kuruc.info”, “Mahyar Hirlap” və digər xəbər portallarında yayımlanan məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə görüşündən bəhs olunub. Məqalələrdə iki liderin görüşündə Macarıstanın və Avropanın enerji təhlükəsizliyi, bölgədəki vəziyyət, iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi məsələlərinin müzakirə edildiyi vurğulanıb.“Portfolio.hu” xəbər saytında dərc olunan məqalədə də Azərbaycan Prezidenti ilə Macarıstanın Baş naziri arasında görüşdə müzakirə olunan məsələlərdən danışılıb. Yazıda həmçinin Macarıstan hökumətinin hər il 200 azərbaycanlı tələbəyə bu ölkədə təhsil almaq üçün təqaüd verdiyi qeyd olunub. Bundan başqa, Azərbaycan Prezidentinin səfər çərçivəsində Budapeştdə keçirilən atletika üzrə dünya çempionatının yarışlarına baxacağı və Macarıstanın milli bayramı münasibətilə təşkil olunan tədbirdə iştirak edəcəyi bildirilib.“Haon” portalında yayımlanan “Macarıstan ilə Azərbaycan arasında enerji əməkdaşlığı yeni mərhələyə qədəm qoyub” sərlövhəli məqalədə isə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun Prezident İlham Əliyev və Baş nazir Viktor Orbanın görüşü ilə bağlı fikirləri təqdim olunub. Xəbərdə iki ölkə arasında strateji əməkdaşlığın uzun müddət mövcud olduğu vurğulanıb, iqtisadi-ticari əlaqələrin son vaxtlar sürətlə inkişaf edərək yeni mərhələyə qədəm qoyduğu bildirilib. Yazıda Macarıstanın regionda ən böyük təbii qaz anbarına malik olduğu və iki ölkə arasında qazın nəqlinə dair əməkdaşlığın qurulduğu vurğulanıb. Qeyd olunub ki, bu, qarşıdakı dövrdə qazın Macarıstana təhlükəsiz şəkildə nəql olunmasına böyük töhfə verəcək.Avropanın enerji təhlükəsizliyində mühüm oyunçuya çevrilən Azərbaycan ilə Macarıstan arasında bu sahədə əməkdaşlığın qurulmasına 2010-cu illərin əvvəllərində başlanmasının xatırlandığı məqalədə P.Siyartonun bu barədə fikirləri diqqətə çatdırılıb: “Biz 2010-2011-ci illərdə Azərbaycanla gələcək enerji əməkdaşlığı ümidi ilə əlaqələr qurmağa başlayanda Avropada - Avropa İttifaqında nəinki gülüşlə qarşılandıq, hətta bu əlaqəyə görə bizi tənqid edirdilər. Bu gün bütün Avropa İttifaqının rəhbərliyi müntəzəm olaraq Bakıya səfər edir və bir çox hallarda istənilən Avropa İttifaqı ölkəsi lideri Azərbaycan Prezidenti ilə şəkil çəkdirmək üçün çox şey verərdi”.Məqalədə nazirin işğaldan azad olunmuş ərazilərin bərpası prosesində Macarıstan şirkətlərinin iştirakının ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verəcəyi barədə fikri də qeyd olunub. O, Soltanlı kəndinin Macarıstan şirkətləri tərəfindən yenidən qurulacağını və bu işlərə gələn il başlanılacağını qeyd edib.скачать dle 10.6фильмы бесплатно


259

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb
Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.