• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Qahirədə “Heydər Əliyev İli” çərçivəsində məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb

23-08-2023, 16:30 | Baxılıb: 239
“Qahirədə “Heydər Əliyev İli” çərçivəsində məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb

Qahirədə “Heydər Əliyev İli” çərçivəsində məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb

Qahirə şəhərində fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyətinin ofisində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan və onun görkəmli şəxsiyyətləri” adlı məqalə müsabiqəsinin bağlanış mərasimi keçirilib. Mərasimdə Azərbaycanın Misirdəki səfirlyinin, Azərbaycan Milli Məclisinin və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.Tədbir iştirakçılarını salamlayan cəmiyyətin sədri, Ərəb ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Misirdəki koordinatoru, tədqiqatçı-alim Seymur Nəsirov bildirib ki, “Azərbaycan və onun görkəmli şəxsiyyətləri” adlı məqalə müsabiqəsi “Heydər Əliyev İli” çərçivəsində start verilmiş silsilə layihələrdən biridir. Azərbaycanın dahi şəxsiyyətinin həyat və fəaliyyətindən bəhs edən cəmiyyət sədri ölkəmizdə 30 il öncə baş verən ictimai-siyasi proseslərin canlı şahidi olduğunu xatırladıb. Bildirib ki, böyük risklərə və təhlükələrə baxmayaraq, Heydər Əliyev olduqca mürəkkəb dövrdə xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürüb. Misli görünməmiş məharətlə Azərbaycanın vətəndaş qarşıdurmasına, parçalanmaya sürüklənməsinin qarşısını alıb, dövlətimizin müstəqilliyinin qorunub saxlanılmasına və dönməz xarakter almasına nail olub.Tədbirdə çıxış edən Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov bildirib ki, xalqımızın görkəmli övladının 100 illik yubileyinin Misirdə geniş şəkildə qeyd olunması əlamətdar hadisədir. Çünki məhz Heydər Əliyev müasir Azərbaycanın Misir və ərəb dünyası ilə münasibətlərinin təməlini qoyan dahi şəxsiyyət olub. Bu məqam sübut edir ki, ulu öndər uzaqgörənliklə ərəb və müsəlman dünyası ilə siyasətin gələcəyini görürdü. “İndiki yüksəliş istiqamətində inkişaf edən əlaqələr bunun əyani sübutudur. Ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev öz ardıcıl addımları sayəsində münasibətlərimizi yeni zirvələrə qaldırmağa nail olub”.
Azərbaycan Milli Məclisinin üzvü, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ceyhun Məmmədov müsabiqə iştiraakçılarını təbrik edib. Belə tədbirlərin Heydər Əliyev irsinin təbliğı, gələcək nəsillərə çatdırılması, iki dost ölkə arasında əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığına diqqətə çatdırıb. Ulu öndərin müsəlman ölkələri ilə münasibətlərə hər zaman xüsusi həssaslıqla yanaşdığını, 90-cı illərin əvvəllərində müstəqil Azərbaycan dövlətinin rəhbəri kimi Misirə rəsmi səfəri ilə iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfələr verdiyini xatırladıb. Prezident İlham Əliyevin də Misirə rəsmi səfəri zamanı bu əlaqələrin yeni mərhələyə qədəm qoymasına nail olduğu, Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin bu ilin əvvəlində Azərbaycana rəsmi səfərinin də bu baxımdan əlamətdar hadisə olduğu vurğulanıb.
Onun sözlərinə görə, hazırda iki ölkənin parlamentləri arasında əlaqələr sürətlə inkişaf edir. Milli Məclisin sədri Sahibə Qafarovanın Misirə səfəri, eləcə də Misir Senatı və Nümayəndələr Palatası sədrlərinin Azərbaycana səfəri bu istiqamətdə münasibətlərin möhkəmləndirilməsinə xidmət edir.Sonra iyul ayında elan edilmiş müsabiqənin qaliblərinin adları açıqlanıb. 6 qalibə pul mükafatı və müsabiqə iştirakçılarına diplomlar təqdim edilib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə müsabiqənin 5 qalibinin Azərbaycana səfəri nəzərdə tutulur.
Qeyd edək ki, müsabiqənin nəticələri ərəb mətbuatında geniş işıqlandırılıb.


Qahirədə “Heydər Əliyev İli” çərçivəsində məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
Qahirədə “Heydər Əliyev İli” çərçivəsində məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
Qahirədə “Heydər Əliyev İli” çərçivəsində məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
Qahirədə “Heydər Əliyev İli” çərçivəsində məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıbскачать dle 10.6фильмы бесплатно


239

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb
Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.