• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Niderlanddakı icmamız Haaqa şəhərində Ermənistanın hərbi və ekoloji təxribatlarına etiraz edib

31-08-2023, 13:30 | Baxılıb: 206
“Niderlanddakı icmamız Haaqa şəhərində Ermənistanın hərbi və ekoloji təxribatlarına etiraz edib

Niderlanddakı icmamız Haaqa şəhərində Ermənistanın hərbi və ekoloji təxribatlarına etiraz edib

Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan icmasının fəal üzvləri Haaqa Ədalət Sarayının önündə dinc aksiyası keçirib.Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının dəstəyi və “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin təşkilatçılığı ilə baş tutan aksiya ölkəmizə qarşı 30 il ərzində qəsbkar və təcavüzkar siyasət yürütmüş Ermənistanın dünya ictimaiyyətini yenidən siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası üçün alətə çevirmək və Azərbaycanın Qarabağ bölgəsində təxribatlar törətmək cəhdlərinə etiraz məqsədilə gerçəkləşdirilib.
Aksiya zamanı Azərbaycanın və Türkiyənin bayraqları dalğalandırılıb, musiqiçilərimizin ifasında ölkəmizin Qarabağ bölgəsinə həsr olunmuş muğam parçalaları və mahnılar səsləndirilib.
Niderland ictimaiyyətinin diqqəti “Azərbaycan sülh istəyir, Ermənistan müharibə istəyir”, “Ermənistan sülhü rədd edir, müharibəni seçir”, “Ermənistan, sülh sazişini imzala!”, “Ermənistan faktları təhrif edir, dünya ictimaiyyətini aldadır”, “Azərbaycan torpaqlarında Ermənistan əsgəri olmamalıdır!”, “Ermənistan, hücumu dayandır!”, “Ermənistan, bizim torpaqlarımızın minalandırılmasını dayandır!”, “Ermənilərin minaları dinc sakinləri öldürür!”, “Ermənistan minaları = müharibə cinayətləri!”, “Azərbaycan ərazilərində ekoloji terrorun törədilməsinə son qoyulsun!”, “Ermənistan İrəvandakı Azərbaycan mədəni irsini məhv edir”, “Azərbaycanın təbii sərvətlərinin talanına son qoyulsun!”, “Ətraf mühitə düzəldilməsi mümkün olmayan ziyanın vurulmasına son qoyulsun!” və sair şüarların əks olunduğu plakatlara cəlb edilib.

Aksiya iştirakçıları beynəlxalq ictimaiyyətdən Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın hərbi və ekoloji terroruna son qoyulmasını, Azərbaycan vətəndaşlarının Qarabağda təhlükəsizliyinin və insan hüquqlarının təmin edilməsini, Azərbaycan dövlətinin sülh səylərinin dəstəklənməsini tələb ediblər.

Aksiya icma üzvlərinin birlikdə “Qarabağ Azərbaycandır!” şüarını səsləndirməsi ilə yekunlaşıb.

Qeyd edək ki, aksiya zamanı Haaqa sakinlərinə Ermənistanın hərbi və ekoloji cinayətlərini əks etdirən bukletlər paylanılıb. Bukletlərdə Azərbaycan ərazilərində basdırılmış minaların insan həyatını təhdid etdiyi, 2020-ci il müharibəsindən bəri Azərbaycanda mina qurbanlarının sayının 303 nəfərə çatdığı, rəsmi İrəvanın dəqiq mina xəritələrini təhvil verməkdən imtinasının insan hüquqlarını kobudcasına pozduğu, erməni KİV-lərinin azərbaycanlılara qarşı pis rəftarla bağlı pərakəndə sübutlar yaymasının III Cenevrə konvensiyasına zidd olduğu, bir neçə azərbaycanlı əsgərin girov götürülərkən fiziki, mənəvi işgəncələrə və təhqirlərə məruz qaldığı, Azərbaycanın Qarabağ bölgəsində qızıl və mis-molibden yataqlarının qeyri-qanuni istismar edildiyi, 60 min hektardan çox meşə sahəsinin darmadağın edildiyi, çaylarımızın çirkləndirildiyi və sair faktlar nəzərə çatdırılıb.


Niderlanddakı icmamız Haaqa şəhərində Ermənistanın hərbi və ekoloji təxribatlarına etiraz edib
Niderlanddakı icmamız Haaqa şəhərində Ermənistanın hərbi və ekoloji təxribatlarına etiraz edib
Niderlanddakı icmamız Haaqa şəhərində Ermənistanın hərbi və ekoloji təxribatlarına etiraz edib
Niderlanddakı icmamız Haaqa şəhərində Ermənistanın hərbi və ekoloji təxribatlarına etiraz edib[/center]скачать dle 10.6фильмы бесплатно


206

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb
Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.