• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Fransada Azərbaycanın Dostları Assosiasiyası yerli KİV-lərdə erməni yalanlarının təbliğ olunmasını pisləyib

2-09-2023, 10:00 | Baxılıb: 254
“Fransada Azərbaycanın Dostları Assosiasiyası yerli KİV-lərdə erməni yalanlarının təbliğ olunmasını pisləyib

Diaspor info xəbər verir ki, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa parlamentinin keçmiş deputatı Jerom Lamber fransız KİV-də Azərbaycana qarşı düşmən münasibətinin formalaşdırılması cəhdlərini tənqid edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Assosiasiya rəhbəri öncə Ermənistanla Azərbaycan arasındakı vəziyyətlə bağlı Fransa dövlət başçısının avqustun 23-də “Le Point” (“Nəzər nöqtəsi”) həftəlik jurnalına müsahibəsində səsləndirdiyi “Biz hər şeyi edirik ki, xalqları və mədəniyyətləri qorumaq naminə Ermənistanla Azərbaycan arasında davamlı sülh və sülhün bərqərar olmasına imkan verən razılaşma əldə edilsin. Bu sülh müqaviləsi zəruridir, lakin o, beynəlxalq hüququn normalarına uyğun olmalıdır” fikrinə diqqəti yönəldib.
Jerom Lamber qeyd edib ki, Azərbaycanın Dostları Assosiasiyası dövlət başçısının sözlərini alqışlayır, çünki bu açıqlama Azərbaycan və Ermənistan arasında fikir ayrılıqlarının həlli üçün beynəlxalq hüquq prinsiplərinin aliliyini bir daha təsdiqləyir.
Bununla yanaşı, o vurğulayıb ki, Fransada erməni millətçi lobbisinin təsiri altında Azərbaycana qarşı ədavəti qızışdırmaq üçün bu prinsipləri pozan siyasi qüvvələrin və seçkili vəzifələr tutan nümayəndələrinin olması Azərbaycanın Dostları Assosiasiyasında təəssüf doğurur. Beləliklə, Fransa mediası və seçkili vəzifə tutan bəzi şəxslər erməni lobbisindən mütəmadi olaraq yalan təbliğat xəbərləri alırlar. Təəssüf ki, müxtəlif təzyiqlər altında bəziləri bu prinsipə əməl edirlər.O diqqətə çatdırıb ki, Fransada açıq fəaliyyət göstərən erməni lobbisinin təsiri altında olan seçkili vəzifə tutan bəzi şəxslər və KİV dünyaya, eləcə də beynəlxalq qanunlara qarşı çıxmaqla, Cənubi Qafqaz bölgəsində Fransanın maraqlarına zidd addımlar atır.
Keçmiş deputat bəyan edib ki, Azərbaycanın Dostları Assosiasiyası bu cür hərəkətlərin nəticəsində törədilən bütün təxribatları pisləyir.
J.Lamberin fikrincə, Fransa beynəlxalq hüququ və BMT Təhlükəsizlik Şurasının qətnamələrini müdafiə edərək sülhə can atan böyük dövlət rolunu bütün dünyada qorumalıdır. Üstəlik, Cənubi Qafqaz bölgəsində Fransa müəyyən erməni millətçi partiyalarının siyasi maraqlarına xidmət etməməli, respublikanın bəzi seçkili nümayəndələrinin özlərinin bu prinsiplərə etinasız yanaşmamasını təmin etməlidir, çünki həmin hərəkətlər Fransanın sülh axtarışı cəhdlərinə ləkə gətirir.скачать dle 10.6фильмы бесплатно


254

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb
Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.