• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Naxçıvanda Türkiyədən gələn investorlarla görüş keçirilib

11-09-2023, 20:00 | Baxılıb: 279
“Naxçıvanda Türkiyədən gələn investorlarla görüş keçirilib

Diaspor info xəbər verir ki, Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrinin icraçısı Samiq Sadıxov, ekologiya və təbii sərvətlər nazirinin müavini, nazir vəzifələrini icra edən Xanlar Mustafayev Türkiyədən gələn iş adamları ilə görüşüblər. Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə son aylarda Naxçıvanda aparılan səhiyyə islahatları barədə məlumat verilib, bu sahədə işbirliyinin potensial imkanları müzakirə edilib, türkiyəli iş adamlarının Naxçıvanın geniş potensiala malik olan səhiyyə turizminin inkişafında maraqlı olmasının vacibliyi vurğulanıb.
Görüşdə muxtar respublika ərazisində mövcud olan təbii ehtiyatların yataqları barədə ətraflı məlumatlar verilib. Qeyd olunub ki, Naxçıvan zəngin təbii ehtiyatlara malikdir. Bunlardan filiz və qeyri-filiz yataqları investisiyalar üçün cəlbedicidir. Ümumilikdə, 66 yataqdan 11-i filiz, 55-i isə qeyri-filiz yataqlarıdır. Onlardan 30-nun texniki qiymətləndirilməsi tamamlanıb.
Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda muxtar respublikanın təbii ehtiyatlarından istifadə potensialının artırılması, potensial xammal ehtiyatlarının müəyyən edilməsi və təbii sərvətlərin iqtisadi dövriyyəyə cəlbi ilə bağlı bir çox məsələlər qarşıya qoyulub.
Türkiyəli investorlar Naxçıvanda mədən sənayesinin inkişafında maraqlı olduqlarını bildirib, bu sahəyə sərmayə qoyuluşlarının vacibliyini vurğulayıblar.
Diqqətə çatdırılıb ki, Naxçıvan həm də bərpa olunan enerji mənbələri ilə zəngin diyardır. Hazırda Naxçıvan elektrik enerjisinə olan tələbatını tamamilə yerli istehsal hesabına ödəyir. Mövcud potensial isə muxtar respublikada günəş və külək elektrik stansiyalarının qurulmasına geniş imkanlar açır və yaxın gələcəkdə tələbatın ödənilməsi tamamilə bərpa olunan enerji hesabına olacaqdır.
Qeyd olunub ki, aparılan ilkin qiymətləndirilmələrə görə, muxtar respublikada 1500 meqavatlıq günəş elektrik stansiyalarının inşası nəzərdə tutulur. Artıq 650 meqavatlıq günəş elektrik stansiyasının qurulması üçün müqavilələr imzalanıb. Eyni zamanda muxtar respublikada təcrübə məqsədilə ilkin külək elektrik stansiyası da qurulub və bu sahədə də potensial var. Naxçıvanda bərpa olunan enerji mənbələri buradan “yaşıl enerji”nin Türkiyəyə və Avropaya ötürülməsinə yeni imkanlar açır.
Vurğulanıb ki, dövlət başçısı tərəfindən imzalanmış “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda muxtar respublikanın enerji potensialından istifadə, eləcə də bu sahəyə yeni investisiyaların cəlbi əsas hədəflərdən biri kimi müəyyənləşdirilib. Görüşdə türkiyəli sahibkarların Naxçıvanın enerji potensialının dəyərləndirilməsində yaxından iştirak edəcəklərinə əminlik ifadə olunub.скачать dle 10.6фильмы бесплатно


279

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb
Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.