• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Kolumbiya mətbuatı erməni vəhşiliklərinə göz yummamağa çağırır

12-09-2023, 17:00 | Baxılıb: 320
“Kolumbiya mətbuatı erməni vəhşiliklərinə göz yummamağa çağırır

Kolumbiyanın məşhur “Atlantik” radiosunun internet səhifəsində “Ermənistan-Azərbaycan, Qarabağ müharibəsinin digər üzü” başlıqlı məqalə dərc olunub.
Diaspor info xəbər verir ki, məqalədə kolumbiyalı jurnalist Paola Varqas ölkəmizə səfəri zamanı işğaldan azad olunmuş ərazilərdə şahidi olduğu vəhşiliklərdən söhbət açır, məqsədinin “Azərbaycanın üzləşdiyi barbarlığı” oxucuların diqqətinə çatdırmaq olduğunu bildirir.
Jurnalist qeyd edir ki, otuz ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş Qarabağda törədilən ağlasığmaz vəhşiliklərin izləri hələ də qalır. Viran qoyulmuş, dağıdılmış və minalarla çirkləndirilmiş bu ərazilərin yenidən qurulması və bərpası kifayət qədər vaxt tələb edir.
P.Varqas erməni işğalından öncə dinamik həyata və sosial-iqtisadi inkişafa malik Azərbaycan şəhərlərinin xarabalığa, “kabus şəhər"ə çevrilməsindən dəhşətə gəldiyini, Gəncə şəhərində yaşayış məntəqəsinə raketlərlə hücumun həyata keçirildiyi yerdə gördüklərinin onu daha da hiddətləndirdiyini vurğulayaraq qeyd edib: "Ermənistanın günahsız insanlara hücum etməkdə məqsədi nə idi? Niyə beynəlxalq kütləvi informasiya vasitələrində bu həqiqətlərdən danışılmır?”.
Kolumbiyalı jurnalist işğaldan azad olunmuş ərazilərimizdə erməni vandalizminin silinməz izləri ilə yanaşı, Azərbaycan Hökuməti tərəfindən aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin də şahidi olduğunu yazır, uğurla və sürətlə davam etdirilən tikinti-abadlıq işlərinin, iri layihələrin bu ərazilərə tezliklə həyatın qayıdacağını deməyə əsas verdiyini bildirir.
Məqalədə həmçinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşdən sitatlara yer verilir və Qarabağın erməni sakinlərinin ölkəmizin bərabərhüquqlu vətəndaşları hesab olunacaqları, təhlükəsizlik zəmanətinə malik olacaqları, eləcə də Azərbaycanın sülhün tərəfdarı olduğu və Ermənistan rəhbərliyinin məsuliyyətsiz və təxribat xarakterli bəyanatlarının yolverilməzliyi vurğulanır.скачать dle 10.6фильмы бесплатно


320

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb
Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.