• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Özbəkistanda Şuşaya həsr olunmuş poçt markası buraxılıb

13-09-2023, 17:30 | Baxılıb: 40
“Özbəkistanda Şuşaya həsr olunmuş poçt markası buraxılıb

Özbəkistanın paytaxtı Daşkənddə 2023-cü ildə Şuşa şəhərinin türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi münasibətilə “Ozarbayjonning qadimiy Shusha shahri Turkiy dunyoning madaniy poytaxti” adlı xüsusi poçt markası buraxılıb.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və Özbəkistanın müvafiq dövlət qurumlarının dəstəyi nəticəsində ərsəyə gəlmiş “Azərbaycanın qədim Şuşa şəhəri – Türk dünyasının mədəniyyət paytaxtı” adlı poçt markasının Özbəkistan Mərkəzi Poçtu tərəfindən daxili və beynəlxalq dövriyyəyə buraxılması nəzərdə tutulub. Xüsusi dizaynla hazırlanmış poçt markasının üzərində Şuşa qalası, Azərbaycan bayrağı, Qarabağın tacı olan Şuşanın füsunkar təbiəti, başını duman almış əzəmətli dağları, əslən şuşalı olan Azərbaycan mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, milli musiqi alətlərimiz (qaval, tar, kaman), Qarabağın, Şuşanın və qazanılan Zəfərin rəmzi olan “Xarıbülbül” çiçəyi təsvir olunub.
Qeyd edək ki, Daşkənddə və Bakıda təqdimat mərasimlərinin keçiriləcəyi poçt markası hər iki ölkənin dövlət və hökumət nümayəndələrinə, eləcə də muzeylərinə göndəriləcək.
Xatırladaq ki, TÜRKSOY tərəfindən Şuşa şəhərinin türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar bu il Heydər Əliyev Azərbaycan Mədəniyyət Mərkəzi bir neçə layihə həyata keçirib. Bu layihələrə “Şuşa günləri” (Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, iki ölkənin Mədəniyyət nNazirlikləri ilə birgə) tədbiri, Wikipedia-da özbək dilində Şuşa haqqında bölmələrin yaradılması, Özbəkistan KİV nümayəndələrinin Qarabağa – Şuşaya media-turlarının təşkil edilməsi daxil olub. Yaxın zamanda isə bir neçə dildə Şuşaya həsr olunmuş ensiklopedik kitab çap olunacaq. скачать dle 10.6фильмы бесплатно


40

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Şoyqu: "Əks-hücum əməliyyatlarının əhəmiyyətli nəticələri yoxdur, Ukrayna məhvə doğru gedir"
İsveçrə Almaniyaya 25 ədəd “Leopard 2” tankı satacaq
Türkiyə lideri: "Azərbaycan Ordusu Xocalıya sülh və əmin-amanlıq gətirmək üçün daxil olub"
Ərdoğan Zəngəzur dəhlizi ilə bağlı Ermənistana xəbərdarlıq edib və yeni marşrutu açıqlayıb
Ermənistandan tibbi heyətin olduğu helikopterin Qarabağa daxil olması təmin edilib
Hikmət Hacıyev: “Azərbaycanın bir sıra rayonlarının xəstəxanaları Xankəndidən pasiyent qəbul etməyə hazırdır”

Şoyqu: "Əks-hücum əməliyyatlarının əhəmiyyətli nəticələri yoxdur, Ukrayna məhvə doğru gedir"

İsveçrə Almaniyaya 25 ədəd “Leopard 2” tankı satacaq

Türkiyə lideri: "Azərbaycan Ordusu Xocalıya sülh və əmin-amanlıq gətirmək üçün daxil olub"

Ərdoğan Zəngəzur dəhlizi ilə bağlı Ermənistana xəbərdarlıq edib və yeni marşrutu açıqlayıb

Ermənistandan tibbi heyətin olduğu helikopterin Qarabağa daxil olması təmin edilib

Hikmət Hacıyev: “Azərbaycanın bir sıra rayonlarının xəstəxanaları Xankəndidən pasiyent qəbul etməyə hazırdır”

Türk Dövlətləri Diaspor Gənclərinin I Forumunun ilk panelində “Heydər Əliyev və Türk Dünyası” mövzuzundan bəhs edilib

Xankəndi yaxınlığındakı partlayışda 20 nəfər ölüb, 290 nəfər yaralanıb

Qarabağda müsadirə edilən döyüş texnikası, silah və sursatın sayı açıqlanıb

“Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi təmin olunur

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.