• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Qərbi Azərbaycan İcması ermənilərin Xocavənddə törətdiyi terror aktlarını kəskin şəkildə pisləyib

19-09-2023, 21:00 | Baxılıb: 99
“Qərbi Azərbaycan İcması ermənilərin Xocavənddə törətdiyi terror aktlarını kəskin şəkildə pisləyib

Qərbi Azərbaycan İcması qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktını kəskin şəkildə pisləyib.
Diaspor info xəbərinə görə, bu barədə İcmanın yaydığı açıqlamada bildirilib.
Qərbi Azərbaycan İcması Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilmiş terror aktlarını kəskin şəkildə pisləyib və həlak olanlara Allahdan rəhmət diləyib, onların ailələrinə dərin hüznlə başsağlığı verib.
"Hesab edirik ki, terror aktlarının törədilməsi üçün azad edilmiş ərazilərimizdə çəkilən yolların seçilməsi heç də təsadüfi deyildir. Bu, əvvəlcədən planlaşdırılmış, azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin, keçmiş məcburi köçkünlərin qayıdışının qarşısının alınmasına, qorxu və ruh düşkünlüyünün yaradılmasına hesablanmış xain bir addımdır.
Görünən odur ki, Ermənistan son aylar Azərbaycana qarşı başlatdığı diplomatik və infomasiya müharibəsini artıq hərbi müstəviyə keçirir. Ermənistan nəinki bizim öz dədə-baba yurdlarımıza qayıdışımızla əlaqədar Qərbi Azərbaycan İcması ilə dialoq aparmaq niyyətindədir, əksinə Azərbaycana qarşı ərazi iddiasını “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi məqsədilə beynəlxalq mexanizmin təsis olunması” adı altında davam etdirir", - təşkilatdan qeyd olunub.
Bildirilib ki, terror aktlarının, dünya liderlərinin iştirakı ilə BMT Baş Assambleyasının ümumi müzakirələrinin başlandığı gün törədilməsi Ermənistanın və onun Azərbaycanın suveren ərazilərində yaratdığı oyuncaq xunta rejiminin azğınlaşmasını, reallıq hissini tam itirdiyini göstərir.
"Bu qanlı cinayəti, Ermənistanın Azərbaycana qarşı təcavüzünü mina terroru formasında davam etdirməsi kimi dəyərləndiririk. Terror aktları bir daha göstərir ki, Ermənistan ordusunun qalıqları Azərbaycanın suveren ərazisindən çıxarılmalı, qanunsuz erməni silahlı dəstələri tərksilah edilməli və xunta rejimi ləğv edilməlidir.
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti bölgəni qana çalxalamaq niyyəti güdən bu təhlükəli siyasətdən çəkinmək üçün Ermənistana təzyiq göstərməyə çağırır", - təşkilatdan bildirilib.скачать dle 10.6фильмы бесплатно


99

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan yığması Avropa çempionatında tarixi qələbəyə imza atıb
TDT Azərbaycan və Ermənistanın birgə bəyanatını alqışlayıb
Komitə sədri Avstraliyada yaşayan Azərbaycan əsilli musiqiçi ilə görüşüb
Türkiyəyə göndərilən humanitar yardım Kahramanmaraşa çatıb
Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilmiş tədbir təşkil olunub
Prezident Gədəbəydə yol tikintisinə 2 milyon manat ayırıb

Azərbaycan yığması Avropa çempionatında tarixi qələbəyə imza atıb

TDT Azərbaycan və Ermənistanın birgə bəyanatını alqışlayıb

Komitə sədri Avstraliyada yaşayan Azərbaycan əsilli musiqiçi ilə görüşüb

Türkiyəyə göndərilən humanitar yardım Kahramanmaraşa çatıb

Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilmiş tədbir təşkil olunub

Prezident Gədəbəydə yol tikintisinə 2 milyon manat ayırıb

Ombudsmanın Qərb Regional Mərkəzi tərəfindən Ulu Öndərin yüzillik yubileyinə və Ümumdünya İnsan Hüquqları Gününə həsr edilmiş tədbir keçirilib

İspan nəşri Prezident İlham Əliyevin Forumda çıxışı haqqında məqalə dərc edib

Medvedev: "Rusiya ilə NATO arasında toqquşma ehtimalı yüksəkdir"

İsrail ordusu HƏMAS-ın 450-yə yaxın məntəqəsini vurub

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.