• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Türkiyə XİN Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsini qərəzli adlandırıb

6-10-2023, 09:00 | Baxılıb: 201
“Türkiyə XİN Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsini qərəzli adlandırıb

“Avropa Parlamentinin (AP) bu gün (oktyabrın 5-i) qəbul etdiyi “Azərbaycanın hücumundan sonra “Dağlıq Qarabağda vəziyyət və Azərbaycanın Ermənistana davam edən təhdidləri” adlı məcburi xarakter daşımayan qətnamə məsuliyyətsizlik, qərəz, tərəfkeşlik və məlumatsızlıq örnəyidir”.
Diaspor info xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Nazirliyi Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə ilə bağlı bəyanatında bildirib.
“İllərdir Türkiyəyə qarşı əsassız ittiham və iddialarla dolu qərarlar verən bir qrup populist Avropa Parlamenti üzvünün ölkəmizi hədəfə alan ritorikasına əsaslanan bu qərarı pisləyirik.
Populizm, irqçilik, islamofobiya, multikulturalizmin və antiinteqrasiyanın getdikcə gücləndiyi Avropa siyasəti indiki tərkibi ilə AP-də bütün ifratları ilə özünü ifşa edir. Aİ-nin gələcəyi ilə bağlı diləyimiz budur ki, səlahiyyət müddəti tezliklə başa çatacaq hazırkı AP-nin Aİ-nin fundamental dəyərlərinə sadiq olan konstruktiv, əhatəli və həssas nümayəndələrdən ibarət yeni tərkibdə olmasıdır.
Türkiyə Cənubi Qafqazda daimi sülh, sabitlik və rifahın bərqərar olması üçün intensiv səylər göstərir, Ermənistanla normallaşma prosesini həyata keçirmək, bu ölkə ilə Azərbaycan arasında sülh prosesinə konkret töhfə vermək, Ukrayna müharibəsi də daxil olmaqla, bütün qarşıdurma və humanitar böhranlarda beynəlxalq hüquq normaları çərçivəsində qardaşlıq və ümumi mənfəətlərin bərqərar olması üçün bütün imkanlarını səfərbər edir və möhtərəm Prezidentimizin liderliyi ilə bu istiqamətdə çəkisi və səylərinə müraciət edilən fundamental aktor mövqeyindədir.
Heç kimin nəzərə almadığı, lakin marjinal seqmentlərin diqqətini çəkəcək bu cür məsuliyyətsiz mətnlərin bizə AP qərarı kimi təqdim edilməsini sistem zəifliyi kimi görür və ciddi qəbul etmirik”, - sənəddə diqqətə çatdırılıb.скачать dle 10.6фильмы бесплатно


201

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib
Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar
Magistraturaya ixtisas seçimi başlayıb
Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib
Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycanda ötürücü sistem operatoru ilə bağlı qadağanın qüvvəyə minmə müddəti dəyişdirilib

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycanda ötürücü sistem operatoru ilə bağlı qadağanın qüvvəyə minmə müddəti dəyişdirilib

Azərbaycan diasporu Ukraynada milli-mənəvi dəyərlərimizi yaşadır

Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

Diplom tanınması ilə bağlı 358 müraciətə mənfi rəy verilib

Marneulidəki soydaşlarımızın təhsili diqqət mərkəzindədir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.