• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Polşa paytaxında azərbaycanlıların Sülh Yürüşü keçirilib

9-10-2023, 10:00 | Baxılıb: 290
“Polşa paytaxında azərbaycanlıların Sülh Yürüşü keçirilib

Oktyabrın 8-də Varşava şəhərində Azərbaycan icmasının məşhur “Plac Zamkowy” meydanından başlayan Sülh Yürüşü keçirilib.
Diaspor info xəbər verir ki, Polşa Azərbaycanlıları Şurası və Polşa Azərbaycanlıları Koordinasiya Şurasının birgə təşkilatçılığı ilə 12.00-dan 13.30-dək baş tutan aksiya Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun şəkildə Qarabağda sülh naminə atdığı addımların, Qarabağ münaqişəsinin başlandığı gündən indiyədək nümayiş etdirdiyi sülhpərvər mövqeyinin polyak və dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə gerçəkləşdirilib.
Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayan aksiya zamanı polyak və ingilis dillərində “Qarabağ Azərbaycandır!”, “Biz beynəlxalq ictimaiyyətdən qərəzsizlik tələb edirik!”, “Anti-Azərbaycan kampaniyasına son qoyulsun!”, “Ədaləti dəstəkləyin, nifrəti yox!”, “Biz Ermənistanı qarşıdurmaya deyil, danışığa çağırırıq!”, “Biz Ermənistana sülh qapılarını açırıq!”, “Erməni separatizminə və ikili standartlara son qoyulsun!”, “Mina terrorunu dayandırın!”, “Ermənistanın mina terrorunun qurbanı olan azərbaycanlıları unutmayın!”, “Dünya erməni terroruna susur!”, Biz manipulyasiya ilə deyil, faktlarla danışırıq!” və sair şüarlarnın əks edildiyi plakatlar, bannerlər nümayiş etdirilib və səsləndirilib.“Sigizmund Sütunu” abidəsinin önündə çıxış edən Polşa Azərbaycanlıları Koordinasiya Şurasının üzvləri və digər soydaşlarımız Ermənistanın 30 ilə yaxın müddət ərzində Azərbaycana və xalqımıza qarşı törətdiyi qəsbkarlıq, təcavüz, etnik təmizləmə, soyqırımlar siyasətini, vandallıq aktlarını, İkinci Qarabağ savaşından sonra Ermənistan tərəfindən ölkəmizin işğaldan azad edilmiş ərazilərində hərbi təxribatları və mina terrorunu davam etdirdiyini faktlarla Varşava sakinlərinin diqqətinə çatdırıblar. Sülhsevər və multikultural Azərbaycan dövlətinin Qarabağdakı erməni əhalisinə qarşı heç bir etnik təmizləmə aparmadığı, bütün digər etnik azlıqlar kimi ermənilərə də Azərbaycan vətəndaşlığını qəbul etməyi, bərabərhüquqlu vətəndaşlar kimi sülh, barış və rifah içində birgə yaşamağı təklif etdiyi xüsusilə vurğulanıb. Yürüş iştirakçıları beynəlxalq ictimaiyyətdən və təşkilatlardan Azərbaycana qarşı qərəzli mövqedən əl çəkməyə, ölkəmizin ərazi bütövlüyünə hörmətlə yanaşmağı tələb ediblər.
Varşavanın Foksal küçəsində başa çatan yürüşün təhlükəsizliyi Polşa polisi tərəfindən yüksək səviyyədə təmin edilib. Yürüşlə maraqlanan paytaxt sakinlərinə Azərbaycan həqiqətlərini əks etdirən broşürlər paylanıb.
скачать dle 10.6фильмы бесплатно


290

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib
Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar
Magistraturaya ixtisas seçimi başlayıb
Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib
Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycanda ötürücü sistem operatoru ilə bağlı qadağanın qüvvəyə minmə müddəti dəyişdirilib

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycanda ötürücü sistem operatoru ilə bağlı qadağanın qüvvəyə minmə müddəti dəyişdirilib

Azərbaycan diasporu Ukraynada milli-mənəvi dəyərlərimizi yaşadır

Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

Diplom tanınması ilə bağlı 358 müraciətə mənfi rəy verilib

Marneulidəki soydaşlarımızın təhsili diqqət mərkəzindədir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.