• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Naxçıvan Muxtar Respublikasının Baş naziri Milli Məclisdə keçirilən plenar iclasda iştirak edib

14-11-2023, 22:00 | Baxılıb: 200
“Naxçıvan Muxtar Respublikasının Baş naziri Milli Məclisdə keçirilən plenar iclasda iştirak edib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən Diaspor.info-ya verilən məlumata görə, 13-14 noyabr tarixlərində Milli Məclisdə 2024-cü ilin dövlət büdcəsi layihəsinin və büdcə zərfinə daxil olan sənədlərin müzakirəsi ilə əlaqədar növbəti plenar iclas keçirilib.
Plenar iclasda Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov iştirak edib. Naxçıvan Muxtar Respublikasının büdcəsi ilə bağlı məlumat verən Baş nazir bildirib ki, 2024-cü ildə muxtar respublika büdcəsinin gəlirləri 173,1 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2023-cü illə müqayisədə 20,9 milyon manat və ya 13,7 faiz çoxdur. 2024-cü il üçün muxtar respublika büdcəsində proqnozlaşdırılan dotasiyanın məbləği 343,3 milyon manat nəzərdə tutulur ki, bu da 2023-cü il üçün muxtar respublika büdcəsində təsdiq olunmuş dotasiya məbləğindən 109,5 milyon manat və ya 24,2 faiz azdır. Gəlirlərinin tərkibində əsas payı 30,4 faizlə əlavə dəyər vergisi, 24,6 faizlə fiziki şəxslərin gəlir vergisi, 29,1 faizlə aksiz vergisi və 15,9 faizlə isə digər vergilər üzrə daxilolmalar və rüsumların təşkil edəcəyi proqnozlaşdırılıb. Həmçinin qeyd edilib ki, 2023-cü ildə muxtar respublika büdcəsinin xərcləri 605 milyon manat məbləğində təsdiq olunmuşdur. 2024-cü ildə isə Naxçıvan Muxtar Respublikası büdcəsinin xərcləri 516,4 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2023-cü ilin büdcəsi ilə müqayisədə 88,6 milyon manat və ya 14,7 faiz azdır.

Səbuhi Məmmədov diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti növbəti dövrlərdə də büdcə gəlirlərinin maksimum səviyyədə artırılması hesabına mərkəzi büdcədən muxtar respublikaya ayrılan dotasiyanın həcminin azaldılması üçün ciddi işlər aparmaqla müvafiq tədbirlər həyata keçirəcəkdir.скачать dle 10.6фильмы бесплатно


200

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb
DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb
Ersin Tatar Azərbaycana səfər edəcək
Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Azərbaycana səfərə gələcək

"Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi açılıb

Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib

Azərbaycan XİN-də yeni idarə yaradılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.