• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Nazir Ceyhun Bayramov Avrasiya Patent İdarəsinin prezidenti ilə görüşüb

16-11-2023, 19:00 | Baxılıb: 34
“Nazir Ceyhun Bayramov Avrasiya Patent İdarəsinin prezidenti ilə görüşüb

Noyabrın 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avrasiya Patent İdarəsinin prezidenti Qriqori İvliyev ilə görüşüb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Diaspor.info-ya bildiriblər ki, görüş zamanı Azərbaycanda əqli mülkiyyət institutunun inkişafının ölkə rəhbərliyinin diqqət mərkəzində saxlanıldığı, sözügedən sahədə genişmiqyaslı struktur islahatlarının aparıldığı, idarəçiliyin optimallaşdırıldığı qarşı tərəfin diqqətinə çatdırılıb.

“Azərbaycan 2020: gələcəyə baxış inkişaf konsepsiyası”, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair milli prioritetlər” və “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası” kimi dövlət əhəmiyyətli sənədlərdə əqli mülkiyyət sahəsinin inkişafı istiqamətlərinə ayrıca yer verildiyi ifadə olunub.

Azərbaycanın Əqli Mülkiyyət Agentliyi ilə APT-APİ arasında əməkdaşlıq əlaqələrinin, habelə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı fəaliyyətlərin böyük önəm kəsb etdiyi vurğulanıb.

APİ-nin prezidenti Qriqoriy İvliyev tərəfindən qeyd edilənlərlə həmfikirlik bildirilərək, əqli mülkiyyət sahəsində mümkün əməkdaşlığın müvafiq kadrların hazırlanması, patentlərin rəsmiləşdirilməsi, vahid standartların tətbiqi kimi geniş əhatə dairəsinə malik olduğu diqqətə çatdırılıb.

Əqli mülkiyyət sahəsində əlaqələrin inkişafına töhfə verilməsi məqsədilə rəhbər və işçi səviyyədə təmasların davam etdirilməsinin, konfranslar, dəyirmi masalar kimi tədbirlər vasitəsilə bir araya gəlinərək həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq məsələlərinin müzakirəsinin əhəmiyyəti ifadə olunub.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən APİ ilə digər beynəlxalq təşkilatlar arasında əməkdaşlıq əlaqələri, qlobal patent müraciətləri sahəsində son meyllər, APİ-nin müvafiq strukturlarına seçkilər barədə fikir mübadiləsi aparılıb.скачать dle 10.6фильмы бесплатно


34

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Türkiyə Prezidenti daha ciddi siyasi kataklizmlərlə bağlı xəbərdarlıq edib
Azərbaycan Sankt-Peterburqda keçiriləcək IV Avrasiya Qadınlar Forumuna dəvət olunub
Azərbaycan yığması Avropa çempionatında tarixi qələbəyə imza atıb
TDT Azərbaycan və Ermənistanın birgə bəyanatını alqışlayıb
Komitə sədri Avstraliyada yaşayan Azərbaycan əsilli musiqiçi ilə görüşüb
Türkiyəyə göndərilən humanitar yardım Kahramanmaraşa çatıb

Türkiyə Prezidenti daha ciddi siyasi kataklizmlərlə bağlı xəbərdarlıq edib

Azərbaycan Sankt-Peterburqda keçiriləcək IV Avrasiya Qadınlar Forumuna dəvət olunub

Azərbaycan yığması Avropa çempionatında tarixi qələbəyə imza atıb

TDT Azərbaycan və Ermənistanın birgə bəyanatını alqışlayıb

Komitə sədri Avstraliyada yaşayan Azərbaycan əsilli musiqiçi ilə görüşüb

Türkiyəyə göndərilən humanitar yardım Kahramanmaraşa çatıb

Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilmiş tədbir təşkil olunub

Prezident Gədəbəydə yol tikintisinə 2 milyon manat ayırıb

Ombudsmanın Qərb Regional Mərkəzi tərəfindən Ulu Öndərin yüzillik yubileyinə və Ümumdünya İnsan Hüquqları Gününə həsr edilmiş tədbir keçirilib

İspan nəşri Prezident İlham Əliyevin Forumda çıxışı haqqında məqalə dərc edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.